BolgeXeber.Com » Bölgə » Sumqayıt sakininə qarşı bank fırıldağ

Sumqayıt sakininə qarşı bank fırıldağ

25-04-2013, 16:30
Oxunub: 6 192 Sumqayıt şəhər sakini Almara Qəşədərova çümə axşamı RATİ-də rəfiqəsi Şəlalə Abdullayeva tərəfindən dələduzluqla üzləşməsinə dair mətbuat konfransı keçirib.

Hüquq müdafiəçisi Elçin Məmməd qeyd edib ki, Ş.Abdullayeva 2008-ci ilin mayında A.Qəşədoravın evini “Rabitəbank”da girov qoyaraq ipoteka krediti götürüb. Kreditin məbləği 30 min manat olub. Məsələ burasındadır ki, A.Qəşədərova evinin girov qoyulması, zamin göstərilməsi və kreditin götürülməsi məsələsindən xəbərsiz olub. 2009-cu ulin əvvəllərində aylıq ödənişin ödənməsilə bağlı bankdan bildiriş gəldikdə bundan xəbər tutub.

A.Qəşədərova bununla bağlı hüquq müdafiəçisi E.Məmmədə müraciət edib. Sumqayıt şəhər polisi uzun təhqiqatlardan sonra A.Qəşədərovanı zərərçəkən kimi tanıyıb. Bundan irəli gələrək Ş.Abdullayevaya Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə cinayət işi açılıb, istintaq gedir. Amma istintaq işini başlmasından 3 ildən çox vaxt keçsə də hüquq-mühafizə orqanları Ş.Abdullayevanı istintatqa cəlb etmək üçün “tapa” bilmirlər.

Ş.Abdullayevanın barəsində cinayət işinin qaldırılmasına, dələduzluğun sübut olunmasına baxmayaraq, 2012-ci ilin noyabrında Sumqayıt Şəhər Məhkəməsinin icraçıları A.Qəşədərovanı, yaşlı anasını və ikiazyaşlı övladını zorla evindən çıxarıb.

Eyni zamanda E.Məmməd ipoteka müqaviləsinin etibarsılığı barədə Nəsimi Rayon Məhkəməsində “Rabitəbank”a qarşı iddia qaldırdıqlarını bildirib. E.Məmmədin fikrincə, Ş.Abdullayeva ilə yanaşı “Rabitəbank” da cinayət məsuliyyətinə cəlb olunmalıdır.