BolgeXeber.Com » Bölgə » Polis Şöbəsinin rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilib

Polis Şöbəsinin rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilib

27-04-2013, 15:20
Oxunub: 5 993 İnsan alveri ilə məşğul olan Mətanət Polis Şöbəsinin rəhbərliyi ilə əlaqəli olub


Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Naftalanda xüsusi əməliyyat keçirib. Bolgexeber.com xəbər verir ki, bu barədə “Bizim Yol”a məlumat verən mənbənin sözlərinə görə, şərti olaraq “Matan” adlandırılan əməliyyatda insan alveri ilə məşğul olan Mətanət Məmmədova və bir neçə nəfər həbs edilib. Həbs edilən dəstə üzvləri Naftalan Şəhər Polis Şöbəsinin rəhbərliyi ilə əlaqəli olub.

Əməliyyatdan dərhal sonra Naftalan şəhər polis şöbəsinin rəisi Ağakişi İsmayılov işdən azad edilib. Onun müavini isə cinayət məsuliyyətinə cəlb edilib.