BolgeXeber.Com » Bölgə » İcra başçısının və atasının İSTEFASI TƏLƏB İLƏ AKSİYA-VİDEO

İcra başçısının və atasının İSTEFASI TƏLƏB İLƏ AKSİYA-VİDEO

19-12-2019, 14:33
Oxunub: 3 899 İcra başçısının və atasının İSTEFASI TƏLƏB İLƏ AKSİYA-VİDEO    İcra başçısı və təhsil müdiri olan atasının istefasısı tələbi ilə laçınlılar aksiya keçirib

İXA.az xəbər verir ki, bu barədə bir qrup aksiya iştirakçı, sosial şəbəkədə video məlumat yayıb.

Bildirilib ki, Laçında zülüm ərşə dirənib. Əhalinin nə dərdini eşidən var, nədə ki, sosial problemlərlə bağlı camaatın yanında olan. Dəfələrlə yığılıb qalan problemlərlə bağlı icra başçısı və təhsil müdirinin qəbuluna getsələrdə, vətəndaşlar rədd cavabı alıblar. Hattda onlarla ağsaqqal və ağbirçək yaşlılar da icra başçısı və atası tərəfindən sayqısızlıq edilərək qəbuldan qovulub.

İcra başçısı və atasının zülmünə dözməyən minlərlə yerli sakin, laçınlıların məskunlaşdığı Ağcabədinin "Taxtkörpü" adlanan ərazisində küçələrə çıxıb, icra hakimiyyəti binasına yürüş ediblər. Küçələrdə istefa şüarları səsləndirən laçınlılar prezident İlham Əliyevə "bizi aqil Nəzərli və atasının əlindən qurtarın" deyə video-müracət ediblər.

Bolgexeber.com həmin videonu təqdim edir: