BolgeXeber.Com » Bölgə » İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu

İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu

21-12-2019, 11:21
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü olduGörüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri 19 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə respublika Prezidentinin Tərtərlilər haqqında dediyi xoş sözlərdən, onların əməyinə verilən yüksək qiymətdən qürurlandığını, qazanılan uğurlarda uşaqdan-böyüyə bütün tərtərlilərin payı olduğunu bildirmiş, onları bu münasibətlə təbrik edərək, tərtərlilər adından möhtərəm Prezidentimizə Tərtər rayonu və tərtərlilər haqqında deyilən xoş sözlər üçün öz minnətdarlığını bildirmişdir.

Qeyd olunmuşdur ki, tərtərlilər ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq bütün sahələrdə hədəfləri keçməyi qarşılarına məqsəd qoyublar.

Sonra icra başçısı 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.

Sonra rayon rəhbəri son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon Təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.

İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsində abadlıq işləri, asfaltlanma aparıldığını qeyd etmişdir.Qeyd olunmuşdur ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması dayanır.

Sonra Xoruzlu kənd İƏD üzrə nümayəndənin müavini M.Mahmudov kənd haqqında məlumat verdi. Bildirdi ki, Xoruzlu kəndinin 346 təsərrüfatı,1557 nəfər əhalisi, 1050 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 Körpələr evi-uşaq bağçası, 2 məişət obyekti, 1 ATS, 1 Poçtamp fəaliyyət göstərir.

Bu il Xoruzlu kəndinin sakinləri 160 hektar buğda, 77 hektar pambıq, 60 hektar arpa, 235 hektar yonca əkiblər. Hər hektardan 37,6 sentner taxıl, 26,6 sentner pambıq, 32 sentner arpa götürüblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz ilə təmin olunduğunu,məcburi köçkünlərin sosial inkişaf fondunun maliyyə dəstəyi ilə 12 km kəndarası yolun təmir olunduğunu, ərazidə 420 ədəd ağac əkildiyini bildirmişdir.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Kənd ağsaqqalı Vəli Xasıyev, Brilyant Musayeva, Mayıl Alışov elektrik təsərrüfatının yenidən qurulmasına, kəndə içməli su çəkilməsinə, 1 ədəd yeni artezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirmiş, Qəmər Məmmədova ürək qüsurlu övladının pensiyasının gecikdirilməsi, Alim Mirzəyev həyətyanı torpaq sahəsinə ehtiyacı ilə, Əsgər Əsədov isə həyətinə gələn su arxının təmizlənməsinə bəzi qonşularının maneçilik törətməsi ilə bağlı müraciət etmişlər. Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
Bolgexeber.com
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu
İcra başçısının Xoruzlu kəndində səyyar qəbul-görüşü oldu