BolgeXeber.Com » Bölgə » Masallı rayonunda geniş tədbirlər keçirilib

Masallı rayonunda geniş tədbirlər keçirilib

28-04-2013, 22:25
Oxunub: 6 806 Bolgexeber.com bildirir ki, aprel ayının 27-də Masallı rayon Gənclər Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin rəsimləri, idarə və təşkilatların nümayəndələri,rayon ictimaiyyəti, səhiyyə işçiləri iştirak edib.Tədbirdə çıxış edən Masallı rayon səhiyyə işçiləri və başqaları Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyətindən danışıblar. Çıxışlarda qeyd edilib ki, akademik Zərifə Əliyeva gözəl həkim olmaqla yanaşı, həm də qayğıkeş xanım idi.
Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmuş Zərifə Əliyevanın həmçinin dəyərli bir oftalmoloq kimi Azərbaycan tibb elmi qarşısında misilsiz xidmətləri olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, dəyərli bir ana olan Zərifə Əliyeva, həmçinin Azərbaycan xalqının bu günü və gələcəyi üçün böyük dayaq olan övlad yetişdirib.Tədbirdə həmçinin məktəb şagirdləri tərəfindən akademik Zərifə Əliyevaya həsr olunmuş ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş olunub.

Bundan başqa aprelin 27-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun iştirakı ilə Xırmandallı kəndində
Tibb məntəqəsinin təməl qoyma mərasimi keçirilib. Təbirdə həmçinin kənd sakinləri, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri iştirak ediblər. İlk əvvəl kənd ağsaqqaları çıxış edərək kənddə yeni yolun çəklişinə, Tibb məntəqəsinin tikintisinin başlanmasına , edilən digər abadlıq işlərinə görə rayon rəhbərliyinə və ölkə prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçılarını təməl qoyma münasibətilə təbrik edən rayonun icra başçısı Rafil Hüseynov çıxışında görülən çoxsaylı abadlıq işlərinə baxmayaraq rayonda bir sıra problemlərin hələ də qalmasını qeyd edib və onların ardıcıllıqla aradan qaldırılmasına söz verib. Sonda kənd sakinləri ölkə rəhbərliyini onlara etdiyi diqqət və qayğıya görə qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyevə səs verəcəylərini bildiriblər.
Bolgexeber.com