BolgeXeber.Com » Bölgə » Ağsunun icra başçısı büdcə pullarının mənimsənilməsinin orijinal yollarını tapıb
Ağsunun icra başçısı büdcə pullarının mənimsənilməsinin orijinal yollarını tapıb
29-04-2013, 09:50
Oxunub: 5 173
Ağsunun icra başçısı büdcə pullarını silməyin yeni yollarını tapıb
Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayona ayrılmış pulların bir hissəsini mənimsəmək üçün müxtəlif yollar tapıb. Bolgexeber.com -a məlumat verən rayon sakinləri bildirir ki, sözügedən icra başçısı rayona ayrılmış 6 milyon manatı da özünün icad etdiyi yollarla ələkdən keçirərək, qazanc kimi kənara qoyub.
Məlumatda vurğulanır ki, Ənvər Seyidəliyevin pulları özünə götürmə kampaniyasının elə üsulları var ki, onlardan kimsənin xəbəri yoxdur. Belə ki, icra başçısı Ağsu rayonunun mərkəzi və kəndlərarası yollarını təmir və yenidən çəkilməsi adı altında yüz minlərlə manat qazanc əldə edib. Məsələn, o, hər hansı bir kəndə asfalt yolun çəkilməsini istəyən sakinlərini yanına çağıraraq, onlardan bunun ancaq bir şəkildə həyata keçməsinin mümkün olduğunu deyir. Həmin «mümkün vasitə» isə yola çəkiləcək xərcin 20 faizinin nağd şəkildə ona çatdırılmasıdır. Yəni, əgər yol 100 min manata başa gəlirsə, kənd sakinləri öz aralarında 20 min manat toplayaraq, onu icra başçısına verməlidirlər.
Pul qazanmanın bir başqa Ənvər Seyidəliyev variantı isə özü üçün yaratdığı sexlərin imkanlarından yararlanmaqdır. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, hal hazırda Ağsuda yolların kənarlarına səkilərin çəkilməsi, habelə hasarların üzlənməsi zamanı istifadə olunan daşların hamısı icra başçısının sexində hazırlanır. Həmin sexlərin yaradılmasına səbəb isə büdcə pullarını silməkdir. Yəni, sex özünün, daş özünün, pul da dövlətin.
Amma Ənvər Seyidəliyevin «icad»ları bununla da bitmir. Daxil olan məlumatlarda vurğulanır ki, icra başçısının bu əməlləri rayonda maraqlı bir lətifənin də ərsəyə gəlməsinə səbəb olub. Belə ki, camaat deyir ki, prezidentin verdiyi sərəncamlar və göstərişlər Ağsu Aşrımını heç bir şəkildə aşa bilmir. «Hətta bir balaca aşmaq istəyən zaman rayonun icra başçısı Ənvər Seyidəliyev elə bir «cadu» edir ki, aşırım uçmaq təhlükəsi ilə üzləşir. Elə Ağsu aşrımının dalbadal uçmaq təhlükəsi ilə üzləşməsi də Ənvər Seyidəliyevin «caduları»nın təsiridir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər