BolgeXeber.Com » Bölgə » Ağcabədi sakini yerli məmura vermək üçün dövlətdən 500 manat pul istəyir

Ağcabədi sakini yerli məmura vermək üçün dövlətdən 500 manat pul istəyir

30-04-2013, 10:05
Oxunub: 5 221 Agcabədi rayon Böyük Avşar kənd sakini Məmmədov İbadət Əhməd oğlu nun şikayət məktubu Bolgexeber.com –da işıqlansa da, onun o qədər də böyük olmayan elementar problemini yerli məmurlar pulsuz həll etmək istəmirlər..Daha konktret desək İbadətin dediyinə görə , işıq çəkilməsi üçün ondan 500 manat pul istəyiblər. Buna görə binəva sakin öz hüququnun təmin edilməsi üçün yenidən redaksiyaya məktub göndərib.Həmin məktubu oxuculara təqdim edirik:

“Hörmətli redaksiya ,Ağcabədi rayon Elektrik Paylayıcı şəbəkəsinin müdiri Mətləb Nəcəfovun bizi elektrik enerjisinə həsrət qoyması ilə bağlı müraciətimiz sizin internet portalınızda obyektiv olaraq yayımlanmışdı.Çox təəsüf hissiylə qeyd etmək istəyirəm ki, müraciətimiz sizin portalda yayımlandıqdan sonrada aidiyyatı orqanlar bizə heç bir köməklik etmədi. Hesab edirəm ki, M.Nəcəfova pul verməsək elektrik enerjisinə həsrət qalacağıq.Xatırladım ki,ailəmizin 7 üzvi var və ancaq heç kim işləmir.Təsərrüfatla ailəmizin gündəlik tələbatlarını çətinliklə ödəyirik..Heç bir halda M.Nəcəfova rüşvət verməyə imkanımız yoxdur.Odur ki, sizin portalınız vastəsiylə cənab prezidentimiz İ.Əliyevə və H.Əliyev fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı M.Əliyevə müraciət edirəm.Ailəmizdə 3 azyaşlı nəvəm və şəkər diabetli ikinci qrup əlil olan həyat yoldaşım var.Xahiş edirəm bizim yaşayış evimizə elektrik xəttinin çəkilməsi üçün dövlətdən bizə 500 man pul verilsin,biz də onu M.Nəcəfova verək. İşləyib hissə-hissə qaytararıq”.
Ümid edirik məsələ bu dəfə öz müsbət həllini tapacaq.Hər bir halda mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com