BolgeXeber.Com » Bölgə » Astara Gömrüyü bağlandı

Astara Gömrüyü bağlandı

1-05-2013, 09:50
Oxunub: 5 963 İrana gedənlər geri qaytarılır, məntəqə 3 gün işləməyəcək

İranla sərhəddə yerləşən Astara Gömrük Keçid Məntəqəsi bağlanıb. Bu barədə rayon sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, gömrüyün bağlanılmasının dəqiq səbəbi məlum deyil. Yalnız bilinən odur ki, dünəndən etibarən İrana getmək istəyənləri geri qaytarmağa başlayıblar və Astara Gömrüyünün 3 günlük bağlı olacağı deyilib.
Qeyd edək ki, son dövrlər Astara Gömrük Keçid Məntəqəsi ilə bağlı xeyli sayda şikayətlərin olduğu məlum idi. Hətta burada yaşanan özbaşınalıqların da həddini aşdığı müşahidə edilirdi. Üstəlik, gömrük işçilərinin qaçaq yolla ölkəyə mal keçirilməsinə şəriklik etməsinin də üzəri açılmışdı. Görünür, rəsmi qurumlar durumun ciddiyyətinin fərqinə vararaq, bunun seçki ərəfəsində əlavə problem yarada biləcəyini nəzərə alaraq yoxlamalara başlayıblar.
Bolgexeber.com