Şəmkirin icra başçısı postu satılır?
1-05-2013, 13:50
Oxunub: 5 587
Tələb olunan pulu verən yoxdur
Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, Şəmkir rayonunda icra başçısı dəyişikliyi gözlənilir. Amma bu istiqamətdə yubanmalar var. Daxil olan məlumatlardan aydın olur ki, əslində Şəmkirdə icra başçısı dəyişikliyi sırf olaraq bazarlıqla əlaqədardır.
Təbii ki, bu gün Azərbaycanda vəzifələrin, postların, mövqelərin alınıb-satıldığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Nadir hallarda, hansısa yaxşı işçinin vəzifəsində yüksəlişi gözləniləndir. İcra başçısı postlarının isə əməlli-başlı bazar predmeti olduğu hər kəsə məlumdur. Hətta rayonuna görə bu qiymətlər dəyişir də. Məsələn, hazırda Sumqayıtın icra başçısı olmaq üçün 5 milyon ABŞ dollarından keçmək lazımdır. Bu haqda yerli mətbuatda da müxtəlif məlumatlar verilib.
Mənbəmiz bildirir ki, Şəmkirdə icra başçısı ola bilmələri üçün namizədlərlə bazarlığı Prezident Administrasiyasının «makler»ləri həyata keçirir: «Onlar bir neçə nəfərdirlər və hər kəs bir «makler»lə işini qurur. Digər rayonlarla bağlı da belə olur. İndi də Şəmkirə başçı gələ bilmələri üçün bazarlıq açılıb və bu post üçün 2 milyon ABŞ dolları hesab olunur».
Mənbəmiz bildirir ki, sovet dönəmində kifayət qədər varlı rayon hesab olunan Şəmkirin icra başçısı postu üçün hazırda bu məbləği kiminsə verməsi çətinləşib: «Konkret olaraq yerli idarə müdirlərindən biri Şəmkirə başçı gəlmək istəyir. Amma o, tələb olunan pulun yarısını verə bildiyindən indiki icra başçısının ömrü də uzanır».
Mənbəmiz əlavə etdi ki, amma yaxın günlərdə Şəmkirə yeni təyinat olacaq.
dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər