BolgeXeber.Com » Bölgə » Beyləqanda yüksək vəzifəli məmur maşın üstündə oğlu ilə savaşıb

Beyləqanda yüksək vəzifəli məmur maşın üstündə oğlu ilə savaşıb

3-05-2013, 11:05
Oxunub: 5 109 Tofiq Sadıqovla oğlu arasında bahalı maşın mübahisəsi yaranıb

Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovla oğlu arasında ciddi mübahisə yaranıb. Bolgexeber.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Həmin məlumatda deyilir ki, şöbə müdirinin oğlu atası ilə bahalı maşın məsələsinə görə savaşıb. Belə ki, o, başqa məmurlarının uşaqları kimi bahalı maşın sürmək istədiyini, bundan sonra kreditlə alınmış maşın sürmək istəmədiyini atasından tələb edib. Hətta oğlu deyib ki, kreditlə alınmış və ucuz qiymətə olan maşın sürəndə dostlarının yanında utanır. Hətta oğlu Tofiq Sadıqova yol da göstərib. Deyib ki, başqaları kimi o da çoxlu rüşvət alsın ki, belə problemlər yaşanmasın.
Amma oğlu ilə bu mövzuda bərk mübahisə edən Tofiq Sadıqov isə buna imkanı çatmadığını əsaslandırarkən icra başçısı Vaqif Abdullayevi ittiham edib. Həmin yayılmış xəbərlərə görə, Sadıqov oğluna deyib ki, icra başçısı ona hər dəfə çoxlu işlər tapşırır və bu səbəbdən də qazandığı bütün pullar ora sərf olunur. Ona görə də, aldığı pulları artıraraq, oğluna bahalı maşın ala bilmir.