İcra başçısı sakinləri blokadada saxlayır
3-05-2013, 16:30
Oxunub: 4 819
"Gədəbəyin icra başçısı Ramiz Yediyarov xalqa o qədər müsibətlər yaşadıb ki, rayondakı özbaşınalıqların xəbərinin qırağa çıxmaması üçün əlindən gələni edir". Bu barədə Gədəbəydən yazan rayon sakini Mahmud Kərimov yazır.
Narazı rayon sakini bildirir ki, yerli icra strukturlarından neçə aydır şikayət düşsə də, dərdini eşidən yoxdur: «Dəfələrlə icra başçısı ilə görüşmək istəsəm də, buna imkan verilməyib. Eşitdim ki, 2 may tarixində Gədəbəy rayon Mədəniyyət Evində ombudsman Elmira Süleymanova ilə görüş keçiriləcək. Və dərdimi söyləmək üçün həmin tarixdə Mədəniyyət Evinə getsəm də, yerli icra hakimiyyətinin işçiləri mənimlə yanaşı, onlarla vətəndaşa Elmira xanımla görüşməyimizə imkan vermədilər».
Şikayətçi bildirir ki, hətta Ramiz Yediyarovun işçiləri ondan yerli polisə də təlimat veriblər: «Məni tutdurmaq istəyirdilər. Rayon camaatı imkan vermədi. Amma yenə də polis məni izləyir. Xahiş edirəm ki, Ramiz Yediyarovun zülmündən bizi xilas edəsiniz».
dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər