ABŞ səfiri Naxçıvanda olub
22-04-2011, 09:50
Oxunub: 6 981
Cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri başa çatıb
Cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri başa çatıb. Səfər çərçivəsində səfir rəsmilərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb, həmçinin, ABŞ-ın Energetika Departamenti tərəfindən maliyyələşən layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərəkə gedib. Bu barədə Bolgexeber.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Naxçıvan müasir Azərbaycanda çox mühüm rol oynayır. Ali Məclisin sədri Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Həbibbəyli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, o cümlədən Muxtar Respublikanın qədim tarixi barədə daha dərin biliklər əldə etmək çox faydalı oldu. Biz naxçıvanlılarla, arxeologiya da daxil olmaqla, bir sıra məsələlər, sərhəd təhlükəsizliyi, demokratiyanın gücləndirilməsi və təhsillə bağlı layihələrdə əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirməyi düşünürük", - səfir qeyd edib.
Brayza Avropa Parlamenti, beynəlxalq arxeoloji qurumlar və vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına, eləcə də o zaman səfir Brayzanın Azərbaycanın yüksək səviyyəli rəsmilərinə narahatçılığını ifadə etməsinə səbəb olmuş 2005-ci ildə erməni xaçkarlarının (qəbir daşları) məhv edilməsi məsələsini araşdırmaq məqsədilə Culfaya səfər etmək niyyətində idi.
Səfirin Culfaya səfəri barədə müraciəti qəbul edilmədi. Lakin Naxçıvandakı rəsmilər Culfadakı xaçkarlarla əlaqədar məsələni səfir Brayza ilə ətraflı müzakirə edib və gələcək aylarda onunla əməkdaşlıq edərək Culfa qəbiristanlığına səfərin təşkil ediləcəyinə vəd veriblər.
"Səfir kimi gəlməzdən öncə Vaşinqtonda vəd etdiyim kimi, mən Culfada baş verənləri araşdırmaq üçün Naxçıvana getdim. Qəbiristanlığın dağıdılması barədə məlumat aldığım zaman bildirdiyim kimi, mədəni irsin, xüsusən də qəbristanlığın məhvi, harada baş verdiyindən asılı olmayaraq faciədir. ABŞ bütün tərəfləri bu cür yerlərə hörmətlə yanaşmağa və bu yerlərin qorunması üçün əməkdaşlıq etməyə səsləyir", - səfir Brayza bildirib.
"Qafqaz bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadlar, ənənə və dəyərlərin məskənidir, - Brayza deyib. - Mən Tbilisidə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır, bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir", - səfir əlavə edib.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial
- 23-12-2024, 13:44 : Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Sosial
- 24-12-2024, 14:51 : Nəriman Axundzadə dünyada 7-ci oldu
İdman / Xəbərlər
- 2-01-2025, 17:23 : "Qarabağ" 65-ci oldu
İdman / Xəbərlər
- 23-12-2024, 10:55 : Sehrli gücə malik olan yeganə bürc
Sosial
- Dünən, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər