BolgeXeber.Com » Bölgə » Ağcabədidə məktəb tikintisində korrupsiya

Ağcabədidə məktəb tikintisində korrupsiya

7-05-2013, 13:30
Oxunub: 6 223 Qeyd edək ki, bir müddət əvvəl Ağcabədinin icra başçısının birinci müavini Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədovun rayonda “qızılsatan Fiqurə” kimi tanınan xanımın oğlu Ramizi döyərək ona bıçaq xəsarəti yetirmələri ilə bağlı mətbuatda geniş yazılar dərc olunmuşdu. Mətbuatda icra başçısının müavini və onun qardaşı haqqında cinayət işinin açılması haqqında məlumatlar dərc olunsa da, sonradan bu «işin» üzərinə sirr pərdəsi çəkildi.

Daxil olan məlumatda bildirilir ki, Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədov son illərdə Ağcabədidə və ətraf rayonlarda 17 məktəbin tikintisini həyata keçiriblər. Bildirilir ki, rayonda icra başçısı Şahin Məmmədovun sağ əli kimi tanınan başçının birinci müavini Rövşən Əhmədov dövlət qulluğunda olan səlahiyyətlərindən və əlaqələrindən istifadə edərək Ağcabədidə həyata keçirilən bütün tikinti işlərini, həmçinin abadlıq işlərini öz qardaşı, heç bir təhsili olmayan və tikinti sahəsindən tamamilə bixəbər olan, bir müddət əvvəl küçədə vətəndaşı bıçaqladığına görə haqqında cinayət işi açılan qardaşı Əliş Əhmədova həvalə edib. Ətraf rayonlar da daxil olmaqla qardaşlar 17 məktəbin tikitisini ələ keçiriblər və bu tikintilərdə böyük mənimsəmələrə yol veriblər.

Məlumata əsasən tikilən məktəblərin bir çoxu qəzalı vəziyyətdədir və heç bir tikinti standartlarına cavab vermir. Ortada isə mənimsənilən milyonlar var. Qeyd olunur ki, həmin məktəblərin tikintisi sənədlərdə bir neçə şirkət tərəfindən həyata keçiriləsə də, tikintilərə birbaşa nəzarəti məhz Əhmədov qardaşları həyata keçiriblər. Ayrılan bütün maliyyə vəsaitləri də Əhmədov qardaşları tərəfindən yönlədirilib və bu vəsaitlərin böyük bir hissəsi mənimsənilib. Belə ki, Əliş Əhmədov sovet dövründən qalma binaları sökərək, köhnə və çürük materialları məktəblərin tikintisində istifadə edib. Tikintidə həmçinin meşə zolağından qırılan yaş ağaclardan da istifadə olunduğu qeyl olunur.

Bildirilir ki, Əliş Əhmədov hazırda Ağcabədidə inşa olunan elektron kitabxana və Gənclər Mərkəzinin də tikintisini həyata keçirilər. Bundan başqa Zərdab yolunun üstündə inşa olunan Olimpiya İdman Kompleksinin də tikintisini Əliş Əhmədov həyata keçirir.

Məlumatda o da qeyd olunur ki, məktəbləri köhnə binalardan sökülmüş avadanlıqlar inşa edən Rövşən və Əliş Əhmdovlar özlərinin heyvandarlıq komplekslərini ən yeni inşaat materiaları ilə inşa edirlər. Və bu heyvandarlıq kompleksinin də dövlətin məktəb və digər obyektlərin tikitisi üçün ayırdığı vəsait hesabına tikildiyi bildirilir. İnşa etdikləri məktəblərdə hər cür çatışmamazlıq olduğu halda, minlərlə qoyunun və mal-qaranının saxlanıldığı həmin fermalarda isə bütün şərait qurulub. Həmçinin o da qeyd olunur ki, qardaşlar qırılan meşə massivindəki ağaclardan da öz fermalarında geninə - boluna istifədə edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az