Bərdədə subartezian quyuları uğrunda dava
8-05-2013, 09:25
Oxunub: 5 907
Subartezian Quyularının İstismarı İdarəsinin yeni rəisi Qulu müəllim onları satışa çıxarıb
Bərdə rayonunda subartezian quyuları uğrunda əsl savaş gedir. Yayın gəlməsi ilə əlaqədar torpaqların suvarmaya ehtiyac olması əkinçiləri üz-üzə qoyub. Səbəb isə çox sadədədir.
Məsələ belədir ki, Bərdə rayonunda Yevlax rayonu ilə birlikdə 774 subartezian quyusu fəaliyyət göstərir. Bu isə 16865 hektar əkin sahəsini suvarma suyu ilə təmin etməyə imkan verir. Amma bu quyuların işləməsi elə bir sistemdə həyata keçirilir ki, sanki hamısı özəlləşdirilib.
Rayondan gələn xəbərlərə görə, Bərdədə artıq su üstündə ciddi mübahisələr var. Belə ki, Subartezian Quyularının İstismarı İdarəsinin yeni rəhbəri Qulu müəllim vəzifə başına keçdikdən sonra qaydaları tamamilə dəyişib. Həmin qaydalara əsasən pulu olan şəxs öz əkin sahələrini suvara bilər. Əks təqdirdə, fermerin məhsulunun yanması onun üçün elə də əhəmiyyət daşımır. Xəbərlərdə vurğulanır ki, Qulu müəllim quyuların bir çoxunu artıq satıb. Belə ki, o, pulu olanlara subartezian quyularını təklif edir və aralarında anlaşmaya əsasən istifadəyə verir. Bu zaman hər quyunun 100 manatdan başlayaraq qiyməti müəyyən edilir. Bir də ki, bu fermerin istifadə etdiyi əksin sahəsinin miqdarına bağlıdır. Əgər torpaq sahələri çoxdursa, qiymət də dəyişməyə başlayır. Təbii ki, bu zaman alınan pullar qanuni qaydada sənədləşdirilmir. Əksinə, bu pulun böyük qismini cibinə qoyan idarə müdiri az bir qismini köçürmə etməklə gözə kül üfürür.
Məlumatlar da o da deyilir ki, Qulu müəllim təkcə su quyularını deyil, transfomatorları və nasosları da satışa çıxarıb. Belə ki, o, su quyuları üçün nəzərdə tutulmuş tansformatorlara yaxın evlərin sakinlərinə elektrik enerjisi təklif edir. Məlumatlara görə, bu zaman ucuz elektrik əldə etmək istəyən sakinlər də onunla razılaşırlar. Nəticədə, su quyuları üçün nəzərdə tutulmuş transfomatorlar təyinatından kənar işləyir. Amma qazancı da Qulu müəllim götürür.
Qeyd edək ki, Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin yarıtmaz fəaliyyəti nəticəsində artıq rayonda fermerlər arasında bir neçə dəfə dava-dalaş düşüb. Hələ bir müddət əvvəl bununla bağlı mətbuatda gedən məlumatlardan da aydın olur ki, Qulu müəllim yeni təyinat aldığı vəzifəsindən maksimum yararlanmaq istəyir. Yuxarıda qeyd etdiyimiz kimi, quyuları satışa çıxarmış idarə müdiri bunun nəticəsində insanları üz-üzə qoyub. Çünki quyunun pulunu verən vətəndaş başqasının bu imkandan yararlanmasına imkan vermir. Nəticədə, tərəflər arasında narızılıq baş qaldırır və ortalıq qarışır. Ancaq bütün bunlara baxmayaraq, Qulu müəllim hər dəfə vəziyyətdən çıxmağa nail olur. Hətta bəzən icra başçısına ciddi yalanlar satan idarə müdiri, yaranmış insidentləri başqa məsələlərlə yozmlayır.
Nəzərinizə çatdıraq ki, Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin keçmiş müdiri Firudin Baxşəliyev bir müddət əvvəl işdən azad edilib. Onun işdən çıxarılmasının səbəbi də məhz qanunsuzluqlara yol verməsi üzündən olub. Məlumatlara görə, bu qanunsuzluqlar o qədər geniş miqyas alıb ki, onun barəsində cinayət işi belə qaldırılıb. Amma məsələ belədir ki, onun yerinə təyinat almış Qulu müəllim də elə onun öz kadrıdır və fəaliyyəti Firudin Baxşəliyevinkindən qəti fərqlənmir. Əksinə, Qulunun fəaliyyəti Firudini kölgədə qoyub desək qəti yanılmarıq.
Rayon sakinləri isə susuzluq üzündən əksin sahələrinin yanacağını deyirlər. Onlar bildirirlər ki, hal hazırda rayonda yalnız imkanı olanlar subartezian quyularından istifadə edə bilirlər. Yerdə qalanlar isə imkan düşdükdə torpaqlarını suvarmaq imkanı əldə edirlər.
Onlar bildirirlər ki, hal hazırda vəziyyət o qədər pisdir ki, insanlar nə edəcəklərini bilmirlər. Amma bəziləri deyir ki, bu şəkildə davam edərsə, Qulu müəllimə qarşı ayğa qalxmalı olacaqlar. «Firudin Baxşəliyevin vaxtında bildirdik ki, özbaşınalıq var. Onun işdən çıxarılmasından sonra düşündük ki, vəziyyət dəyişər. Amma yeni müdir lap ağını çıxarıb. İşi o yerə çatdırıb ki, açıq şəkildə hamıdan pul tələb edir. Və tələb etdiyi pul da istifadəyə görə deyil, özünün cibinə qoyması üçündür».
Fermerlərdən birinin dediyinə görə, bir neçə dəfə məsələni Qulu müəllimin qarşısında qaldırıblar. Amma hər dəfəsində onları başından edən idarə müdiri yeni «qaydalar»la işləməyi məsləhət bilib. «Hələlik düşünürük ki, icra başçısı ilə bu məsələni müzakirə edək. Əgər bu da bir nəticə verməsə, fermerlər Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin binası qarşısında aksiya keçirəcəklər. Bu aksiya o vaxta kimi davam edəcək ki, Qulu istefaya getsin».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər