BolgeXeber.Com » Bölgə » Kürdəmirdən etiraz xəbərləri gəlir

Kürdəmirdən etiraz xəbərləri gəlir

8-05-2013, 11:20
Oxunub: 6 449 Rayonun Sığırrı kəndinin camaatı etiraza qalxıb, digər kəndlər də onlara qoşulmaqdadır

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Kürdəmir rayonunda vəziyyət pisləşməyə başlayıb. Bolgexeber.com yayılmış xəbərlərə istinadən məlumat verir ki, artıq rayonun Sığırrı kəndinin sakinləri ayağa qalxıblar və onlar İcra Hakimiyyətinə yürüş etməyə hazırlaşırlar.
Məlumatda deyilir ki, Sığırrı camaatının ardından rayonun daha bir neçə kəndi də onlara qoşulmağa başlayıb. Qeyd olunur ki, hadisəyə səbəb Kürdəmirin icra başçısı İrşad Əliyevin atdığı addımlar və onun törətdiyi əməllərdir. Sakinlərin dilindən məlumat yayan şəxs bildirib ki, icra başçısının etdiyi haqsızlıqlara dözə bilməyən rayon sakinləri etirazdan başqa çıxış yolu görməyiblər.