BolgeXeber.Com » Bölgə » Xaçmazda hündümərtəbəli binanın dam örtüyü uçdu(VİDEO)

Xaçmazda hündümərtəbəli binanın dam örtüyü uçdu(VİDEO)

26-02-2020, 11:08
Oxunub: 4 211
Xaçmazda hündümərtəbəli binanın dam örtüyü uçdu(VİDEO)
Xaçmaz rayonun abadlaşdırılması üçün bir neçə ay öncə dövlət başçımızın göstərişi ilə yetərincə vəsait ayrıldı. Lakin aparılan abadlaşdırma işlərindən cəmi bir neçə ay keçməmiş artıq problemlər ortaya çıxmağa başlayıb.

İxa.az-ın məlumatına görə, Xaçmazda hündürmərtəbəli binanın dam örtüyü uçub.

Beləki. Xaçmaz icra hakimiyyəti bir neçə ay öncə hündürmərtəbəli binaların dam örtüklərinin yeniləmə işlərin həyata keçirsə də, keyfiyyətsiz materallardan istifadə edilən binalardakı dam örtükləri yağışa və küləyə dözmədiyi deyilir. Yerli sakinlər deyir ki,aparılan işdə şəxsi məqsədlərin irəli çəkilməsi səbəbindən keyfiyyətsiz iş aparılıb. Çünkü elə olmasaydı zəif külək dam örtüklərini belə asanlıqla yera atmazdı..." Göründüyü kimi, həyata keçirilən işdə ciddi nöqsanlar olduğundan yenilənən dam örtüyü zəif küləyə dözməyib. Dam örtüyünün uçması zamanı xəsarət alanlar olmasa da binaya və ətraf tikintilərə ziyan dəyib.

Ətraflı videoda:



Qeyd edək ki, Xaçmaza yetəri qədər vəsait ayrılmasına baxmayaraq görünür aidiyyatı qurumlar rayonu sadəcə bəzəməklə kifayətlənib. Bəs ayrılan milyon manatlar görəsən Xaçmaz icrada kimlərin cibinə gedib. Bu barədə isə yaxın günlərdə Xaçmazdan reportajımız olacaq.