BolgeXeber.Com » Bölgə » Yardımlıda Qələbə Günü qeyd edilib-Fotolar

Yardımlıda Qələbə Günü qeyd edilib-Fotolar

9-05-2013, 13:55
Oxunub: 6 516 Mayın 9-da Yardımlı rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 68-ci ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilmişdir.Tədbirdə Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və Böyük Vətən Müharibəsi iştirakçılarından bir qrupu iştirak etmişdir. Tədbir iştirakçıları birlikdə 1941 - 1945-ci illərdə həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Vətən yolunda canlarını qurban verən həmyerlilərin əziz xatirəsini ehtiramla yad etmişlər. Ziyarət başa çatdıqdan sonra müharibə veteranlarının şərəfinə bayram süfrəsi açılmışdır. Süfrə arxasında icra hakimi veteranlarla söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır. Bundan başqa rayon icra hakimiyyəti tərəfindən Yardımlı rayonundan olan veteranlara rayonun daxili imkanları hesabına maddi yardım edilmişdir. Günün ikinci yarısında isə tədbir Yardımlının Gənclər və İstirahət Mərkəzində Qələbə Gününə həsr olunmuş konsert proqramı ilə davam edib.Bolgexeber.com-un bildirdiyinə görə mayın 10-da Yardımlı rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş miqyaslı tədbirlər keçiriləcək.
Bolgexeber.com