BolgeXeber.Com » Bölgə » Lerikdə torpaq sürüşməsi olub, ölən var - VİDEO

Lerikdə torpaq sürüşməsi olub, ölən var - VİDEO

7-03-2020, 13:19
Oxunub: 5 505
Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

***

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Ailənin daha iki üzvü isə xəsarət alıb. Bunlar 1988- ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayevadır. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alan şəxslərin vəziyyətini normal kimi qiymətləndirir.