BolgeXeber.Com » Bölgə » Alı Alıyev həftə sonu vətəndaşlarla görüşüb, problemərini dinləyib

Alı Alıyev həftə sonu vətəndaşlarla görüşüb, problemərini dinləyib

10-03-2020, 11:20
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev istirahət günlərində (7-8-9 mart) Qayıdış qəsəbələrində, Əhmədbəyli, Mahmudlu-2, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu və Alıxanlı kəndlərində olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində, ictimai iaşə obyektlərində olmuş ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir

Qeyri-rəsmi formada olan bu cür görüşlər səmimiyyəti və işgüzarlığı ilə fərqlənmişdir. Vətəndaşlarla görüşdə Alı Alıyev bildirmişdir ki, bu cür görüşlərin məqsədi vətəndaşlarla bir yerdə olmaq, onları narahat edən məsələlərdən xəbərdar olmaq və mövcud problemləri yerində aradan qaldırmaqdır.

İctimai iaşə obyektlərində, topdan və pərakəndə satış mərkəzlərində, insanların sıx toplandığı ərazilərdə onlarla səmimi söhbət edən Alı Alıyev tərəfindən vətəndaşlar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərlərinin isə həll edilməsi üçün nəzarətə götürülməsi barədə tapşırıq verilib.

Alı Alıyev vətəndaşlarla söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya münətdarlıqlarını bildiriblər.