BolgeXeber.Com » Bölgə » Novruz bayramı Füzulidə yüksək əhval ruhiyyə ilə qeyd olunur-FOTO

Novruz bayramı Füzulidə yüksək əhval ruhiyyə ilə qeyd olunur-FOTO

20-03-2020, 14:16
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da yüksək əhval ruhiyyə ilə qeyd olunur. Koronaviris infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əsasən rayon ərazisində Novruz bayramı münasibətilə kütləvi bayram tədbirləri məhdudlaşıdırılmışdır. Bununla belə qədim el bayramı olan Novruz rayon sakinləri arasında (kütləvi tədbirlər istisna olmaqla) və idarə, müəssisə və təşkilatlarda qeyd olunur.
Novruz bayramı ərəfəsində rayon sakinlərinin əməkhaqqı, pensiyə və müavinətləri, o cümlədən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət büdcəsindən ayrılan yeməkxərci müavinəti və kommunal xidmətlərdən istifadəyə görə vahid aylıq müavinət plastik kartlar vasitəsilə ödənilmişdir. Bundan başqa rayonun 700-dək şəhid ailəsinə və imtiyazlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilmiş, onların bayramları təbrik edilmişdir.
Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar hökumət tərəfindən həyata keçirilən qabaqlayıcı işlər, sosial izolyasiya tədbirlərinə baxmayaraq Füzuli rayonunda əsl bayram əhval ruhiyyəsi hökm sürür. Novruz bayramı, onun adət ənənələri füzulili məcburi köçkün ailələrində yüksək səviyyədə yerinə yetirilir, yazın gəlişi ilə əlaqədar torpaq oyanır, insanlar yeni təsərrüf mövsümünə hazırlaşırlar. Bir sözlə rayonda sakinləri arasında əsil bayram əhval ruhiyyəsi hiss olunur. Bu da füzulililərin Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan inamından irəli gəlir. Cəhbə bölgəsində yaşayan füzulili məcburi köçkünlər inanırlar ki, Prezident cənab İlham Əliyevin müdirk və uzaqgörən siyasəti nəticəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmaısının qarşısı alınacaq, insanlarımızın sağlam və xoşbəxt yaşamaları təmin ediləcəkdir.
Bolgexeber.com