BolgeXeber.Com » Bölgə » Neftçala rayon Təhsil Şöbəsinin müdiri vurulacaq

Neftçala rayon Təhsil Şöbəsinin müdiri vurulacaq

13-05-2013, 17:20
Oxunub: 5 827 Mikayıl Cabbarov kadr islahatlarına kimlərdən başlayacaq?
Bolgexeber.com-a daxil olan məlumata görə yaxın zamanlarda bir neçə rayonun təhsil şöbələrinin müdirlərinin vurulması gözlənilir.Mənbənin bildirdiyinə görə təhsil naziri Mikayıl Cabbarov edəcəyi kadr islahatlarının qurbanlarının siyahısında ilk sırada Bilasuvar və Neftçala Rayon Təhsil Şöbələrinin müdirləri durur. Mənbə bildirir ki, əgər Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov keçmiş nazir Misir Mərdanovla razılığa gələ bilirdisə, artıq yeni təhsil naziri ilə heç bir sövdələşmə alınmayacaq. Məlumatda bildirilir ki, Neftçala təhsil şöbəsinin müdiri ilə Neftçala rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin sədri Asudə Cəfərova arasında olan münasibətlər kəskinləşərək artıq pik həddə çatıb. Bildirilir ki, təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifəsindən kənarlaşdırılandan sonra rayon icra hakimiyyətinin müavini olmaq iddiasındadır.Onu da xatırladaq ki,Neftçala təhsil şöbəsi heç zaman etibarlı əllərdə olmayıb.Mənbə həmçinin onu da bildirir ki, Neftçala təhsilində hökm sürən bərbad vəziyyətin əsas baiskarı rayon icra başçısının təhsil və səhiyyə üzrə müavini Gültəkin Sadıqovadır. Yaxın zamanlarda Bolgexeber.com Gültəkin xanımın qanunsuz əməlləri haqqında geniş material hazırlayacaq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com