BolgeXeber.Com » Bölgə » Tərtərdə ehtiyacı olan ailələrə ərzaq yardımları təqdim olunub-FOTO

Tərtərdə ehtiyacı olan ailələrə ərzaq yardımları təqdim olunub-FOTO

10-04-2020, 11:17
Tərtər rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.
Rayon ərazisində hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur.
Bu günədək Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə 470 nəfərdən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl və kimsəsiz insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.