BolgeXeber.Com » Bölgə » Hacıqabul polisi karantin rejiminə ciddi nəzarət edir, imkansız ailələrə yardım edir-FOTO

Hacıqabul polisi karantin rejiminə ciddi nəzarət edir, imkansız ailələrə yardım edir-FOTO

13-04-2020, 11:53
Oxunub: 10 347 Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 
Bolgexeber.com xəbər verir ki, bununla əlaqədar olaraq Hacıqabul rayonuna gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür.
Bununla yanaşı Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq yardımı veriblər.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.