BolgeXeber.Com » Bölgə » Saatlı polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir, kimsəsiz insanlara yardım edir-FOTO

Saatlı polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir, kimsəsiz insanlara yardım edir-FOTO

15-04-2020, 19:25
Oxunub: 13 107 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Bu məqsədlə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
BÖLGƏ TV-nin Saatlı rayonuna ezam olunan əməkdaşları bildiriblər ki, tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər. Bundan başqa, Saatlı  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.
Saatlı rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan  xeyli sayda ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.
BÖLGƏ TV-nin əməkdaşları Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının xidmət etdiyi ərazilərdən çəkilişlər aparıblar.Əməkdaşlarımızın çəkdiyi fotoları təqdim edirik: