19 yaşlı gəlin toyunda öldü
24-04-2011, 17:50
Oxunub: 6 653
.jpg)
Qobustan rayonunda keçirilən toy mərasimində gəlin dünyasını dəyişib.
Şamaxı Rayon Polis Şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsində 1988-ci il təvəllüdlü İsayev Alim Əli oğlu ilə 1992-ci il təvəllüdlü İsgəndərova Afət Bilal qızının toy mərasimində qeydə alınıb.
Məlumata görə, ötən gün “Şamaxı” restoranında Şamaxının Cavanı kənd sakini Afət İsgəndərovanın toy mərasimi olub. Bu gün günorta saatlarında isə el adəti ilə gəlin qız evindən oğlan evinə - Alim İsayevin atasının Mərəzə qəsəbəsindəki evinə gətirilib.
Mərasim həyətyanı sahədə qurulmuş toy çadırında davam etdirilib. Lakin bir saatdan sonra qəflətən gəlinin halı pisləşib. A. İsgəndərova təcili Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Xəstəxanadan APA-ya bildirilib ki, gəlin xəstəxanaya çatmamış yolda keçinib. Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı və Qobustan rayon prokurorluqları tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər