BolgeXeber.Com » Bölgə » Quba polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir-FOTO

Quba polisi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir-FOTO

16-04-2020, 19:46
Oxunub: 12 714 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Bu məqsədlə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
BÖLGƏ TV-nin Quba rayonuna ezam olunan əməkdaşları bildiriblər ki, tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
Bundan başqa polis əməkdaşları Quba rayonu ərazisində hərəkət edən ictimai və şəxsi nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar. Küçəyə çıxmağa icazəsi olmayan vətəndaşlar qaydalara müvafiq  cərimələnir və ya geri qaytarılır.
 Polislər  vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
 BÖLGƏ TV