Oxunub: 5 034Zaman-zaman rayon padşahları haqqında yazdıqlarımız öz təsdiqini tapmaqdadır. Bunların arasında isə daha çox adları hallanan hansısa Nazirin və ya komitə sədrinin qohumudur ki, onlarda həmin rayonu tamami ilə özəlləşdiriblər. Bunlardan da biri Ağsu Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Məlumat üçün bildirək ki, Ənvər Seyidəliyev Səlim Müslümovun dayısıdır. Bu iki qohum məmurlar demək olar ki, rayonu əməlli başlı özəlləşdiriblər
Son zamanlar Ağsuda vətəndaşlarım haqlı narazılığı səngimək bilmir. Elə ötən günlərdə bir qrup rayon sakini rayonda baş verən özbaşnalıqlarla bağlı aksiya keçiriməyə cəhd göstəriblər. Haqlı narazılıq deyərkən Ənvər Seyidəliyevin rayonda acdığı eyş işrət məclislərindən tutmuş, daş karxanası ilə bağlı olan məsələlərdən hər kəsin xəbəri var. Bunlar haqqında növbəti yazılarımızda geniş məlumat verəcəyik.
Tia.az xəbər verir ki, Ağsunu bir ailə idarə edirk deyəndə isə bunlar nəzərdə tutulur:
-İcra başçısı Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır. -“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev isə Ənvər Seyidəliyevin doğma qardaşıdır. -S.Müslümovun bibisinin əri Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. - Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun başqa qardaşıdır. - Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir.
- Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə isə o, rayon polis şöbəsinin rəis müavini işləyir.
- Ağsu Rayon Mərkəzi Xəstəxanasına isə Ənvər Seyidəliyevin qardaşı arvadı rəhbərlik edir.
Qeyd edək ki, bundan əlavə olaraq isə Ənvər Seyidəliyev şəhərin “meri” postuna Nadir Şirinovu təyin etdirib. Nadir Şirinovda illərdən bəri hazırki icra başçısına xəzinadarlıq edir. Elə günün bu vaxtına qədər. Əldə etdiyimiz dəqiq məlumatlara görə bəzi mətbuat orqanlarına rayonda baş verən özbaşnalıqlar haqqında gedən yazılar üçün məhz Nadir Şirinovun “baxım görümündən” sonra göz yumulur.
İndi isə rayonun bir neçə sakini Ənvər Seyidliyevin qanunsuz əməllərinin biri ilə bağlı bir videogörüntü göndərib. Həmin videogörüntünü olduğu kimi Sizlərə təqdim edirik: