BolgeXeber.Com » Bölgə » Şamaxı və Qobustan polisi xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət edir (FOTO)

Şamaxı və Qobustan polisi xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət edir (FOTO)

20-04-2020, 15:01
Oxunub: 13 803 Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Cəlilabadda da  koronavirus (COVİD-19)  infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının  əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
 
 Şamaxı və Qobustan rayonlarının Polis Şöbələrinin əməkdaşları da həyata keçirilən tədbirlər çərçivəsində  Şamaxı , Qobustan rayonlarının giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. 
Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. Rayonlar ərazisində karantin qaydalarını pozan şəxslər qanunlara müvafiq cəzalanır.
BÖLGƏ TV-nin əməkdaşları adıçəkilən rayonlarda polis əməkdaşlarının xidmət etdiyi ərazilərdən çəkilişlər aparıblar.
Polis idarəsindən Bolgexeber.com-a verilən məlumata görə   Şamaxıda polis əməkdaşları 25 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.
Karantin rejimini pozan 249 nəfərcərimələnib, 4 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Xüsusi karantin rejim qaydaları şəraitində Polis əməkdaşları ailəyə sağlamlıqlarının qorunması üçün evdə qalmağı məsləhət görüb, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər barədə məlumat veriblər. Bu istiqamətdə tədbirlər hər iki rayonda müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
BÖLGƏ TV