Beyləqanda özbaşnalıq
16-05-2013, 13:25
Oxunub: 4 845
Beyləqanda durum gərgin həddə çatıb
Bu barədə gunxeber.com portalı məlumat yayıb. Redaksiyaya daxil olan müraciətdə Beyləqan rayon sakinləri deyir ki, bazara yaxın olan 1 saylı binanın qarşısını övladının törətdiyi cinayət işinə görə işdən çıxarılan Kərim Şəmiyev zəbt edib. Qeyd edək ki, Şəmiyevlər ailəsi Beyləqan rayonunda, Mərkəzi bazarın bir hissəsində böyük tikinti malları satışı mərkəzi tikdirməkdədirlər. Məlumata görə, hazırda tikinti işləri davam etdirilir. Onu da əlavə edək ki, Şəmiyevlər ailəsi uzun müddətdir ki, mərkəzi bazarda komersiya işləri ilə məşquldurlar. Əlavə edək ki, Şəmiyevlər ailəsi azyaşlı qızın intihar etməsində günahlandırılır. Belə ki, bu ilin aprel ayının 8-də Beyləqanda intihar etmiş 17 yaşlı məktəblinin üstündən çıxan məktubda intihar etmə səbəbi olaraq Beyləqan Maliyyə şöbəsinin büdcə idarəsinin rəisi Kərim Şəymiyevin oğlu Rəşad Şəmiyevi göstərib.
«Cənab prezident! Əgər biz vətəndaş deyiliksə, o zaman evimizin açarlarını Vaqif Abdullayevə və Azil Aslanova təhvil verək. Bizi ya Sibirə ya da Qazaxıstana sürgün edin».
Beyləqan sakinləri: «Vaqif Abdullayev və Azil Aslanov deyirlər ki, gedin Heydər Əliyev parkında edin?! Bizim səsimiz prezidentə çatmır. Bəlkə biz doğurdanda ölülərimizi aparıb Heydər Əliyev parkında yuyaq».
Beyləqan rayonu Magistral küçəsi 1 saylı evin 200 nəfərlik sakinləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. Müracətin sürətini pia.az-a ünvanlayan sakinlər bildirirlər ki, Beyləqanın İcra başçısı Vaqif Abdullayev və Beyləqan Şəhər nümayəndəsi Azil Aslanov onların sovet dönəmindən yaşadıqları 5 mərtəbəli binanın həyətini hansısa sahibkara satıblar.
40 ailə başçısının imzaladığı müraciətdə bildirilir ki, icra başçısı öz nümayəndəsi Azil Aslanovun vasitəçiliyi ilə qanunsuz sərəncam imzalayaaraq 40 mənzilli və 200-dən artıq sakini olan binanın köməkçi qurğuları olan ümumi ayaqyolu, istilik qazanxansı, su və kanalizasia xətləri, 50 m3 yanğına qarşı su hovuzunu, uşaqların oyun meydançası, yaşıllıq və istirahət zonası olan həyət sahəsini hansısa «sahibkara» satıb və hazırda şəhər meri 1 salı evin həyətində həmin köməkçi qurğuları və yaşıllıqları məhv edərək ambar tikir.
Sakinlər bildirir ki, bina və onun köməkçi qurğulavrı 1981-ci ildə istifadəyə verilib və orda hazırda yaşayanların əksəriyyəti təqaüdçülərdir və günün çox yarısını həyətdə istirahət edirdilər. Lakin indii icra baqçısı Vaqif Abdullayevin və onun nümayəndəsi Azil Aslanovun özbaşınalıqları uğbatından sakinlər normal yaşayış şəraitindən və istirahətdən mərhum olublar: «Beyləqan İcra hakimiyyəti bizim şikayətimizə cavab olaraq bildirir ki, güya ambar binası bizim həyətmizdən kənarda tikilir və məqsəd orda səliqə yaratmaqdır. Bu məmurları doğurdanda səliqə sahman maraqlandırsaydı, o zaman həmin ərazidə uşaqlar və yaşlılar üçün istirahət parkı yaradardılar. Daha səsli-küylü sexlər, iyli-qoxulu ambarlar tikməzdilər. Bizim yas yerlərimizə harda keçirək sualımıza isə Vaqif Abdullayev və Azil Aslanov deyirlər ki, gedin Heydər Əliyev parkında edin?! (red). Bizim səsimiz prezidentə çatmır. Bəlkə biz ölülərimizi aparıb Heydər Əliyev parkında yuyaq».
Daha sonra müraciət sahibləri vətəndaş olaraq onların hüquqlarının qorunmasını dövlət orqanlarınlan tələb edirlər: «Biz Beyləqan İcra Hakimiyyətinə 6 kollektiv məktubla müraciət etmişik. Cənab prezident İlham Əliyev həmişə deyir ki, mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm. Məyər biz 200 nəfər bu ölkəninin vətəndaşları deyilik? Əgər deyiliksə, o zaman evimizin açarlarını Vaqif Abdullayevə və Azil Aslanova təhvil verək. Bizi ya Sibirə ya da Qazaxıstana sürgün edin.»
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər