BolgeXeber.Com » Bölgə » Yardımlılar prezidentə minnətdarlıq edir - aztəminatlı ailələrə ərzaq yardımı paylayır, maarifləndirmə işləri aparılır

Yardımlılar prezidentə minnətdarlıq edir - aztəminatlı ailələrə ərzaq yardımı paylayır, maarifləndirmə işləri aparılır

28-04-2020, 09:37
Oxunub: 4 563 Yardımlı rayonunda Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. 
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində, ucqar kəndlərdə tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlara, əlillərə, şəhid aillələrinə ümumiyyətlə ehtiyacı olan bütün şəxslərə mütamadi  ərzaq yardımı edir və digər köməklik göstərilir. 
İcra Hakimiyyətinin başçısı və vəzivəli şəxsləri eləcədə  hüquq mühafizə orqanlarının rəhbərləri  ucqar kəndlərdə  yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdır  
Bu nəcib təşəbbüsü xüsusi razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar və imtiyazlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonda və kənlərdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini də aparararaq insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyyə etmişlər. 
Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Bundan başqa 150 imkansız, tənha və ahıl insana ərzaq bağlamaları verilmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırmışlar. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.
Qeyd edək ki, Yardımlı rayonunun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dizenfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.