BolgeXeber.Com » Bölgə » Yardımlıda sosial aksiya davam edir

Yardımlıda sosial aksiya davam edir

1-05-2020, 16:21
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən «Biz birlikdə güclüyük» şüarı altında keçirilən sosial aksiya Yardımlı RİH tərəfindən davam etdirilir.

Bu barədə Bolgexeber.com-a Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən məlumat verilib.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsədilə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən 20 aprel 2020-ci il tarixdə Yardımlı rayonunun  bütün İƏD-üzrə nümayəndəliklərində «Biz birlikdə güclüyük» şşüarı altında sosial aksiya keçirilib. Aksiya çərçivəsində rayonumuzda 1500 aztəminatlı ailəyə sovqat verilmişdir.
Bundan əlavə Yardımlı RİH tərəfindən karantin dövründə 700 dən çox aztəminatlı ailəyə sovqat paylanmışdır. Aksiya hələ də davam etdirilməkdədir.
 

 
Yardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edir
Yardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edir
Yardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edir
Yardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edirYardımlıda sosial aksiya davam edir