BolgeXeber.Com » Bölgə » Tərtərdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işləri davam etdirilir
Tərtərdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işləri davam etdirilir
11-05-2020, 15:04
Oxunub: 3 056
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər.
Bolgexeber.com xəbər verir ki, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Həmçinin mobil qrupun üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə baş çəkir, buradakı vəziyyətlə yaxından tanış olurlar. Xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır. Diqqətə çatdırılır ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra dezinfeksiya tədbirlərinin görülməsi labüddür. Habelə xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilir.
Qeyd edək ki, əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox istifadə etdiyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib, Mərkəzi Meydanda quraşdırılmış monitor vasitəsilə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunur.







Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər