BolgeXeber.Com » Bölgə » Zərdablı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər
Zərdablı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər
13-05-2020, 15:33
Oxunub: 5 795
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq barama tədarük edilmişdir.
Rayonda son illər vaxtilə ənənəvi sahə olan baramaçılıq sürətlə inkişaf edir. Bu gəlirli sahə ilə məşğul olan kümçülərin sayı da artır. Zərdablı kümçülərdən 2 nəfəri 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır, təkcə 2019-cu ildə rayon ərazisində 139 min ədəd tut tingi əkilmişdir.
2020-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1700 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olmuş, barama qurdlarına baxış keçirilmiş və onların yem bazası ilə təminatının vəziyyəti ilə maraqlanmışlar.
Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.


.JPG)
.JPG)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər