Bu il Bərdədə daha çox barama istehsalı gözlənilir
14-05-2020, 15:03
Oxunub: 7 536
Bərdə rayonunda əhaliyə barama qurdu paylanılıb. Tut ipəkqurdları Kәnd Tәsәrrüfatı Nazirliyinin Bərdə Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә 1000 qutuda rayonun 34 inzibati ərazisinə çatdırılıb, bəslənmək üçün 250 kümçüyə təhvil verilib. Hər qutu 19 qramdır. Otuz gün bəsləndikdən sonra 1 qramdan 2 kiloqram yaş barama əldə olunması nəzərdə tutulur. Ötən il 34 tondan çox məhsul yetişdirilib. Bunlardan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər rayon ərazisində çoxlu sayda xarici və yerli tut tingi əkilib. Bu il 40 tondan çox məhsul götürülməsi planlaşdırılır. Bütün bu işlər ölkə rəhbərliyinin göstərişləri ilə, həmçinin Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır. Qeyd edək ki, bu gün Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mütəxəssislərlə birlikdə rayonun Samux kəndində barama saxlanılan yerlə maraqlanıb. Kümçülərlə görüşüb təsərrüfatlarla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər