BolgeXeber.Com » Bölgə » Bərdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könülllərin Sertifikatları təqdim edilmişdir
Bərdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könülllərin Sertifikatları təqdim edilmişdir
15-05-2020, 19:30
Oxunub: 7 720
Bərdə Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. 2020- ci il ölkəmizdə “Könüllülər İli “ elan olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqi işi aparılmış və nəticə olaraq könüllülərə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən Sertifikatlar təqdim edilmişdir. Könüllülərə Sertifikatların təqdim edilməsi zamanı rayon İcra Hakimiyyyətinin başçısı V.İ.İsayev könüllü gəncləri təbrik edərək könüllüllük hərəkatının əhəmiyyətindən danışmış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.






Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər