Gəncədə etiraz aksiyası
21-05-2013, 12:15
Oxunub: 6 091
Gəncədə bir qrup sakin yerli məmurların onların problemlərinə laqeyd qalmalarına etiraz edərək aksiya keçirib.
PİA.AZ xəbər verir ki, ötən gün bu barədə gozetci.az portalına Gəncə sakinləri məlumat veriblər. Məlumata görə, bu gün saat 18:00 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsindəki 148 saylı binada yaşayan sakinləri həmin küçədəki yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Məlumatda bildirilir ki, sakinlər yaşadıqları binanın damının təmirinin yarımçıq qalmasına və Gəncə şəhər rəhbərliyinin bu məsələyə laqeyd yanaşmasına etiraz ediblər.
Sakinlərin dediklərinə görə, onların narazılıqları yaşadıqları binanın damının aprel ayının 15-dən sökülməsinə baxmayaraq bu günə kimi örtülməməsi ilə bağlıdır. O da bildirilir ki, ustalar sakinlərə deyib ki, maliyyə olmadığı üçün binanın damının ötrülməsi üçün material ala bilmirlər. Bundan əlavə orada işləyən ustalarında işlədikləri işə görə əməkhaqqı ala bilmədikləri də qeyd edilir. Bu səbəbdən də iş ləngiyir. Sakinlər onu da əlavə etdi ki, binalarının damı örtülmədiyi üçün yağış yağanda evlərini su basır.
Sakinllərin dediyinə görə, aksiya keçirilən əraziyə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və polis idarəsinin rəhbərliyi ilə yanaşı polis əməkdaşları da gələrək sakinlərin oradan dağılışmasını tələb ediblər: “Həmin ərazidə yaşayan digər sakinlər məmurların ora gəldiyini görəndən sonra ora toplaşmağa başladılar və öz tələblərini onların diqqətinə çatdırdılar. Adamların sayının artdığını görəndə isə ora əlavə polislərdə çağırdılar. İcra başçısının birinci müavini Mikayıl Zeynalov sakinlərlə söhbət zamanı məsələ ilə bağlı tədbir görüləcəyini bildirdi”, – deyə sakinlər qeyd ediblər.
Sakinlər onuda bildirdilər ki, həmin binanın yaxınlığındakı binalarda yaşayan sakinlərdə yerli məmurlardan narazıdırlar. Onların dediklərinə görə, binaların sakinləri – 30 ailə imza toplayaraq küçələrdə işıqlandırma ilə bağlı üç ay öncə “Azərenerji”nin regional şöbəsinə müraciət ediblər. Amma heç bir nəticəsi olmayıb. Bu səbəbdən də sakinlər arasında narazılıq artır.
Məsələ ilə bağlı Gəncə şəhər rəhbərliyinin mövqeyini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər