Alı Alıyev haqqında şok iddia
22-05-2013, 18:45
Oxunub: 8 216
Füzuli rayon ziyalıları prezidentdən kömək istəyirlər
Saytmızın ünvanına İcra başcısı Alı Alıyevlə bağlı şok yaradacaq məlumat daxil olub. Neçə ildi ki, iqtidarın çörəyini yeyən rayon rəhbəri, səndemə sabiq Baş nazir, dövlət çevrilişinin baş iştirakçısı Surət Hüseynovun önəmli adamlarından imiş. Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqə saxlamış və ona lazım ərzaq məhsulları eləcədə lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir.Verilən məlumata görə Komutanının kölgəsində sərinlik tapan, indiki İcra başcısı, Füzuli rayonununun var-dövlətini əməlli başlı talayaraq, gələn gəliri silh-sursat almağa xərcləmişlər. 1993-cü ildə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə qaydışı, alınan silahlarla qardaş qanınını tökülməsinin qarşısını aldı. Diplomatik mexanizmə üstünlük verən sabiq Prezident Heydər Əliyev, ölkədə baş alıb gedən xaos və özbaşınalıqların qarşısın almaq məqsədi ilə, baş nazir vəzifəsinə gətirdi. Cənab Hüseynov Baş nazir işlədiyi vaxtda da Alı müəllimin ona xidmətlərini nəzərə alaraq , Füzuli rayonunun külliixtiyarın hədiyyə edmişdir. Hörmətli Alı müəllim də rayonun bütün malqarasın, Araz cayının İran ərazisində, öz əmlakı kimi satdırmışdır. Bu həmin Alı Alıyevdir ki, mərhum Kazım İbişov İcra Başçısı olduğu dövürdə, Rüfət Quliyev və Murad Xudiyevdən sonra çıxış edərək, yalandan bildirmişdi ki, Füzuli rayonunun işğal olunmuş ərazisinin işğaldan azad olunması üçün öz şəxsi vəsaiti hesabına 2 ədəd MİK qırıcı təyyarəsi alıb, Füzuli rayonunu erməni təcavüzündən aza edəcək. Amma Alı Alıyev çıxışdakı yalanı üzə çıxmış, o zaman Əsgər Şıxəliyev əyilib İbişov Kazımın qulağa nəisə pışıldayandan sonra, dərhal İbişov Kazım əlini stola döyərək onun yerində oturtmasını tələb etmişdir. Amma buna baxmayaraq Alı Alıyev, Şakir Hacıyev, Əsgər Şıxəliyev, Məhərrəm Nəzərov və digərlərinə o lazım imiş ki, İbişov Kazım rayonda çevriliş edərək hakimiyyəti özündə saxlasın. İbişov Kazım Füzuli rayonu Icra Hakimiyyətini çevirdikdən sonra 45 gün Füzuli rayon İcra başçısı vəzifəsində fərmansız işlədi. Alı Alıyev və başqaları ilə bərabər. Deyilənə görə Alıyev hələ o vaxtı İbişovun torbasın tikib, onun yerinə Əhmədzadənin gətrilməsini S.Hüseynovdan xahiş edmişdir. Amma siyasi kursun dəyişməsi Hüseyinovun həbs edilməsi arzuların həyata kecməsinə mane olmuşdur. Prezident Heydər Əliyevin fərmanı ilə 45 gündən sonra, postu İbişov və Alıyev kimilər tərəfindən zorla əlindən alınmış, o vaxtkı Füzuli rayonu Icra Hakimiyyətinin başçısı Nofəl Qasımov işdən azad olunaraq onun yerinə Nəbi Muxtarov təyin olundu. Və həmin çevrilişlə əlaqədar onlan adamların hamısını istintaqa cəlb etdilər. Füzuli rayonunda dövlət çevrilişi ilə əlaqədar yalnız İbişov Kazım və Səfa (Yapon) həbs olundu. Necə deyərlər şahmat oyununda olduğu kimi peşkaları qabağa verdilər, vəzirlər, toplar və digərləri yəni Alıyev kimilər havadarlarının köməyi ilə indiki kimi vəzifə sahiblərinə çevrildilər. Məlumata görə, Füzuli rayon çevrilişində ən fəal iştirakçılardan biri də Şakir Hacıyev olub. Belə ki, Şakir Hacıyev çevrilişdə Füzuli rayonu Icra Hakimiyyətinin İqisadiyyat şöbəsinin müdiri və sonra birinci müavin vəzifələrini tutub.. Bu adam da Alıyev kimi o vaxt Surət Hüseynovun adamı olaraq rayonlarda böyük arzularla yaşayıb. Beləki, Şakir Hacıyev Füzuli rayonun 25 min qoyun təssərrüfatını taladığı üçün həbs edilib. Bəs onda Alı Alıyev niyə məsuliyyətə cəlb olunmayıb əksinə Aqruproma sədir sonra isə əmək kitabçasaın təmizləyərək, Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səlımdar Cəmiyyətinin, Füzuli rayon şöbəsinə müdir gətirilir. Bir neçə il orda da talançılıqla məşğul olan Alı bəy, sıcaq tellərlə bağlı olan Ə.Əhmədzadənin köməkliyi ilə, Nəbi Muxtarovun guya rayonda ixtişaşlar olacaq şayələrilə torbasın tikərək adı çəkilən rayonun İH başçısı postuna sahib olur. Qara işlərə vərdiş etmiş A.Alıyev bütün səylərini rüşvətə istiqamətləndirir. Belə ki, İlham Əliyev 2011-ci ildə Füzuli rayonununa ayırdığı, Əhmədbəyli-Alxanlı-Zobuçuq kəndlərarası yolların təmiri və çəkilməsi üçün 7 milyonun yarısın cibinə qoyaraq, həmin yol Bakı-Füzuli-Ağdam magistral yolu olduğu üçün ancaq yolun üzərinin asfalt örtüyü üzündən təmir edtirdi. Sözügedən magistiral yolu əks etdirən “Ala qapı” adlanan yol göstəricisi ləğv edilmiş, əvəzinə həmin yerdən iki kilometr qabaqda, kiçik bir yol göstəricisi yolun kənarında vurulub. Horadiz şəhərinin abadlığı üçün 2011-ci ildə Heydər Əliyev Fondundan 2 milyon, Neft Fondundan 2 milyon və bununla bərabər əhalidən yığılan pullarla, ümumilikdə 8 milyon manatı guya bu yollara və rayondakı abadlıq işlərinə xərclənməsinin hesabatınını bildirdi. Hələ bu azmış kimi, Horadiz şəhərinin abadlığı və quruculuğu ilə bağlı 2006-2008-ci illərdə 4 milyon manat pulun harda olması məlum deyildir. Həmin illər rayona təhkim edilmiş Dərin Özüllər zavodu isə 3 milyon manatı ilə geniş tikinti işləri aparmasını Alıyev ona aid olduğunu iddia edir. Zavodun tikdirdiyi hasarların bir hissəsi Alı Alıyev tapşırığı ilə rənglənmiş, ölkə başçısı İlham Əliyevin keçəcəyi yerlər isə aqlay örtüklə üzlədirərək əməllərini ört-bastır edmiş, bununla da Horadizin abadlıq və quruculuq işlərinə yazılan 15 milyon manatın xərcləndiyi bildirmişdir. Ancaq bu belə deyil, bu ad altında külli miqdarda pul mənimsənilib. Prezident İlham Əliyev 2008-ci ilin aprel ayının 18-də qırmızı lenti kəsərək açılış etdiyi Heydər Əliyev Muzeyinin ön və bir yan hissəsinin qırmızı mərmər örtüyü dəyişdirilərək ağ aqlayla üzlədilib. Daxili imkanlar hesabına yeni Şahmat məktəbinin tikdirdiyini bildirən Alı Alıyev onu ötən ilin sonlarında Heydər Əliyev Muzeyi kimi İlham Əliyevə təqdim edəcəkdi amma kəlk alınmadı. Bu məsələb mediada yayımlandığı üçün hadisələr gizlədildi. Yəni, Alı Alıyev, Prezident İlham Əliyevi aldatmağa cəht etməsi onu qudurğanlığında yaranır. Ölkə Başçısı qudurğanlıq edənlər haqqında ciddi ölçü götürüləcək deməsi belə Alıyevi əməllərindən çəkindirə bilmir. Çünki, Şahmat Məktəbi Ölkə Başçısı İlham Əliyevə ikinci dəfə təmir olunub adıyla təqdim edilməsi aldatma və sayamazlıqdır. Heçnədən çəkinməyən, Alı Alıyevin dözülməz vəziyyətlə yaratması ilə bağlı hə gün mətbuatda yazılsada, icra başçısı ona kimsənin nəsə edə biləcəyini mümkün olmadığını deyir. Bunun səbəbini isə Su və Melorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadənin ona “krışalıq” etməsidir. Çünki Alı Alıyevi Füzuli rayonuna icra başısı təyin edilməsində sözügedən şəxsin müstəsna xidməti olub. Çünki, rayonda Camış oğrusu kimi tanınan Alıyev, Prezidentin ayaqqabısını silməyə layiq olmadığı halda, necə olur ki, İcra Başçısı postuna təyinat alır!?. Və Almaz xanımı rayon TŞ-n-n müdiri təyin edir. Sbəblər və nəticələr haqda yeni yazılarda bizi izləyin.
Söz ardı: Hörmətli oxucular Füzuli rayon İH-nın başçısı Alı Alıyevlə bağlı redaksiyamıza yenə maraqlı məlumatlar daxil olub. Danılmaz faktlarla bağlı A.Alıyevdən mövqe öyrənmək istəyimiz, həqiqətən İH-nin başçısının kim olduğu ortaya çıxartdı. Bizə hədələrlə hücum edən cənab Aliyev, görəsən Prezident ilham Əliyevi bu cür təmsil edir...?! Onuda qeyid edək ki, bu yazı Füzuli rayon ziyalıları tərəfindən poştamıza göndərilən şikayət əsasında hazırlanıb. Bu yazıilə bağlı çoxsaylı məktubları nəzərə alaraq yeniləmirik.
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.
Azerinews.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər