Füzuli rayonunda taxıl biçini davam edir
11-06-2020, 11:28
Oxunub: 1 688
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.
Bolgexeber.com-a verilən məlumata görə, məhz bunun nəticəsidir ki, Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir. Füzulidə 2019-2020-ci təsərrüfat ilində 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib. Artıq on gündür ki, rayonda taxıl biçininə strart verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 50-dan artıq taxılyığan kombayn prossesə cəlb olunmaqla, ilk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilir. Bu günə kimi 5499 hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 4790 hektarı arpa, 709 hektarı isə buğdadır. Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcəkdir.
Rayonun taxıl istehsalçıları bu il də buğda sahələrindən ən az 30 sentner məhsul götürməyi, Füzuli rayonunun respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlar sırasındakı yerini qorumağı qarşılarına məqsəd qoyublar. Füzulili taxıl istehsalçıları becərdikləri sahələrdən bol məhsul götürməklə həm rayonun daxili tələbatını ödəyirlər, həm də respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.



Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər