BolgeXeber.Com » Bölgə » Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın vidokonfrans keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın vidokonfrans keçirilib

13-06-2020, 15:54
Oxunub: 3 784 Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayın videokonfrans keçirib.
Konfranasda inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilib.
Tədbiri açan rayon rəhbəri əvvəlcə tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb. O, qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Hamı dərk edirdi ki, Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi.
Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi.
Cənub bölgəsinə Əlikram Hümbətovun qanunsuz hərəkətləri, şimalda separatçılıq meyllərinin güclənməsi ilə müşayət olunan vəziyyət daha da gərginləşməyə başladı. Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi tarixə düşdü.
Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticə verməməsi üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı.
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.
Azərbaycanın sürətli inkşaf dövrünün məhz Milli Qurtuluş günü ilə başladığını vurğulayan icra başçısı həmin siyasətin bu gün möhtərəm respublika Prezidenti və Birinci vitse-Prezident tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Rayon rəhbəri Respublika Prezidentinin təşəbbüsü ilə həyata keçirən qlobal islahatlardan, sosial layihələrdən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danşdı. Bu gün hər bir vətəndaşın ölkə prezidentinin qayğısı ilə tam əhatə olunduğunu bildirdi.
İcra başçısı koronavirus pandemiyasının tuğyan etdiyi bir vaxtda çətinliklərə baxmayaraq ölkə rəhbərinin 03 iyun 2020-ci il tarixdə Tərtər rayonuna səfərindən, səfər çərçivəsində rayonda iştirak etdiyi Dövlət Rəmzləri muzeyinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Olimpiya İdman Kompleksinin, “Tərtər” elektrik yarımstansiyasının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışından, Respublika Prezidentinin rayona göstərdiyi diqqət və qayğıdan danışdı, Möhtərəm Prezidentin Tərtər rayonu və tərtərlilər haqqında dediyi xoş sözləri yada saldı: “Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfü deyil ki, Tərtər rayonunun sösial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir...”
Rayon başçısı Respublika prezidentinin Tərtərdə olarkən Dağlıq Qarabağ hadisələrindəndə söhbət açdığını, Aprel döyüşlərində Tərtər sakinlərinin öz doğma yurd yuvalarını tərk etməmələri barədə dediyi xoş sözləri də dilə gətirdi: “Azərbaycan xalqı böyük xalqdır, mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki onlar öz torpaqlarından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq öz torpağında möhkəm dayanıblar.”
Möhtərəm Prezident münaqişə ilə bağlı “bunun həllinin bir yolu var, oda ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha güclü olmalıyıq və olacağıq,” – demişdir.
Bütün Tərtərlilər Respublika Prezideninin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyir və tezliklə Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyinə inanırıq. İnanırıq ki, biz qələbə sevincini doyunca yaşayacayıq. Azərbaycanın Milli Qurtuluşla başlayan inkşafı düşmən üzərində qələbə ilə bitəcək.
Konfransda Yeni Azərbaycan Partiyası Tərtər Rayon Şöbəsinin sədri Ramiz Şabanov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev, Su Kanal İdarəsinin rəisi Elnur Abbasov, Mərkəzi Rayon Xəstəxanası Publik
Hüquqi Şəxs-direktoru Yaşar Hüseynov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Mehman Babayev, Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev, Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev, Sarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov, Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova çıxış etmişlər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.