BolgeXeber.Com » Bölgə » Salyan Rayon İcra Hakimiyyəti başçısının “17 İyun- Tibb İşçilərinin peşə bayramı günü” münasibətilə təbriki
Salyan Rayon İcra Hakimiyyəti başçısının “17 İyun- Tibb İşçilərinin peşə bayramı günü” münasibətilə təbriki
18-06-2020, 12:21
Oxunub: 2 168
17 iyun -öz taleyini ən nəcib və məsuliyyətli bir işə bağlayanların, insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramı günüdür. Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Bu gün respublikamızda səhiyyə sahəsinə göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi yüksək diqqət və qayğı sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.
Bu gün peşə bayramlarını qeyd edən Azərbaycan Respublikasının tibb işçiləri də dünyamız pandemiya ilə üzləşən zaman vətəndaşlarımınızın sağlamlığının qorunması üçün “ön cəbhə”də, döyüşə qatıldılar.
Hər zaman öz peşə məsuliyyətinə sadiq qalaraq fəaliyyət göstərən həkimlərimiz, pandemiya dövründə həyatlarını riskə ataraq düşünmədən mübarizəyə qoşulmuşlar. Və bu mübarizə hələ də davam edir. Ağır və stresli şəraitdə, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olaraq şərəfli peşələrini icra edirlər. Onların bu fədakarlığı bu gün ağır nəticələrlə qarşılaşmamağımızın səbəbidir. Bu gün tibbi mübarizədə iştirak edən hər bir şəxs vəzifəsindən, statusundan asılı olmayaraq ən yüksək alqışa layiqdir.
Hörmətli tibb işçiləri,
Salyan Rayon İcra Hakimiyyəti adından bu gün koronavirusla mübarizədə sağlamlığımızın keşiyində dayanan, gecəsini gündüzə qatan, görünməz təhlükə ilə mübarizə aparan fədakar tibb işçilərini, eləcə də Salyan rayon səhiyyəsində çalışanları peşə bayramları münasibətilə təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.
Sevindik Hətəmov,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm