Ağcabədidə Aqroinvest Kredit İttifaqının rəhbəri vətəndaşı şərləyib?
25-05-2013, 14:00
Oxunub: 5 130
İndi mən başa düşürəm ki, Y.İsgəndərovun və Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadovun yuxarı orqanlar haqda mənə dedikləri şaiyə yox ,həqiqətdir"
Bolgexeber.com-un redaksiyasına Ağcabədi rayon sakini Baxışov Müqabil Baxış oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli redaksiya, Ağcabədi rayon PŞ-nın istintaq bölməsinin sabiq rəisi M.Həsənovun,şöbənin müstəntiqi Y.İsgəndərovun, sabiq Ağcabədi rayon prokuroru H.Mirzəyevin və Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadovun qanunsuz əməlləri barədə yuxarı orqanlara yazdığım şikayət ərizələrimə başdansovdu cavablar verilir.13.05.2013-cü il tarixdə Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Baş ədliyyə müşaviri cənab Q.Qasımov 04/6276 nömrəli məktubla ərizəmə belə bir cavab verib.
"Müəyyən edilmişdir ki, 18 iyun 2012-ci il tarixdə Ağcabədi şəhəri,H.Əliyev prospektində yerləşən Aqroinvest Kredit İttifaqının Ağcabədi nümayəndəliyinin rəhbəri V.Mehdiyevi Vidadi Əli oğlunu söyüb təhqir etməyiniz, sonuncuya bədən xəsarəti yetirməyiniz və əşyaları dağıdaraq nümayəndəliyə 300 manat maddi ziyan vurmağınızla bağlı toplanmış materiallar əsasında həmin gün Ağcabədi RPŞ-nın istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsiylə ilə cinayət işi başlanaraq istintaq aparilmışdır.20 iyun 2012-ci il tarixdə törətdiyiniz cinayət əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 221.2.2 və 221.3 maddələrinə tövsif olunaraq sizə həmin maddələrlə ittiham elan olunmuş və barənizdə Ağcabədi rayon məhkəməsinin qərarı ilə həbsqət-imkan tədbiri seçilmişdir.
Doğrusu belə cavabları oxuyanda düşünürəm ki, Baş Prokurorluğun araşdirması belə olursa onda rayonun hüquq –mühafizə orqanlarından incimək olmaz. İndi mən başa düşürəm ki, Y.İsgəndərovun və Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadovun yuxarı orqanlar haqda mənə dedikləri şaiyə yox ,həqiqətdir.
Yaxşı olardı ki, Baş Prokurorluq araşdırma zamanı müəyyən edərdi ki, ilkin şikayət qardaşım Baxışov Bəhruzdan olduğu halda mən nəyə görə dərhal həbs olunurdum və nəyin qarşılığında qardaşım Baxışov Bəhruzun adı istintaqdan çıxarıldı?
Mənə qarşı olan ədalətsizliklərin İstər DİN-də, istərsə də baş prokurorluqda obyektiv araşdırılmasına inamım yoxdur. Çünkü üzümə durmağa məcbur edilmiş V.Mehdiyevin korrupsiya əməlini təsdiq edən audio diski baş prokurorluğa təqdim etsək də bu ort-basdır edildi.
Hazırda V.Mehdiyev İqtisadi İnkişaf Nazırliyinin xətti ilə fermerlərə güzəştli şərtlərlə verilmiş kreditdən Laçın rayonun Əhmədli kənd sakini Əhmədov Natiq Əhməd oğlunun adına 7000(yedi min)manatı götürərək mənimsəyib.Məsələdən xəbərdar olan N.Əhmədov Baş prokurorluğun qaynar xəttinə məlumat versə də V.Mehdiyevə gözün üstə qaşın var deyən yoxdur.Hətta Nazirliyin məsul işçıləri Əyyub müəllim və Qara müəllim hazırda Laçın qış yataqlarında N.Əhmədova minnət edirlər ki, “V.Mehdiyevin bu korrupsiya əməlindən şikayətçi olma, yuxarı orqanlarla özümüz dil tapacağıq”.
Baxın mən həbs olunmamışdan əvvəl də iddia edirdim ki, Aqroinvest Kredit İttifaqının Ağcabədi filialında yuxarı dairələrin adına sakinlərdən rüşvət alınır.Buna əhəmiyyət verilmirdi. Cənablar bəlkə indi deyəsiniz ki, N.Əhmədovun adına 7000(yeddi min)azərbaycan manatını Müqabil Baxışov mənimsəyib?
Həqiqətən də V.Mehdiyevin yuxarı orqanlarda şəriki yoxdursa buyurun bunu araşdırın”
Laçın rayon sakini Baxışov Müqabil Baxış oğlu.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər