Tərtər Rayon İcra Hakimiyyəti iddialara CAVAB VERDİ
1-07-2020, 11:14
Oxunub: 2 288
Tərtər rayonundan deputatlığa öz namizədliyini vermiş, Milli Məclisə seçkilərdə yetərincə səs toplaya bilməyən Tamilla Qulaminin Facebook səhifəsində paylaşımına istinadən bəzi saytlarda Tərtər rayonunun icra başçısı haqqında düzgün olmayan informasiyalar dərc olunur. Hər vasitə ilə dövlət məmuruna “qarayaxma” kampaniyası aparılır. Həmin saytlarda dərc edilmiş “İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: Niyə bu qədər uşaq doğursan?” başlıqlı yazı ilə bağlı bildiririk ki, 30 iyun 2020-ci il tarixdə Tərtər rayonunun Buruc kənd sakini Əliyeva Türkan Firdovsi qızı və həyat yoldaşı rayon icra hakimiyyətində icra başçısının birinci müavini Ramiz Şabanov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova tərəfindən qəbul edilmişdir. Qəbul zamanı vətəndaş 2017-ci ildə üçəm oğlan övladlarının olduğunu, yaşadıqları evin şəraiti olmadığını bildirmiş, onlara ev tikilməsi üçün göstəriş verilməsini tələb etmişdir.
Vətəndaşa izah olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazı olan ailələr növbəlilik əsasında (şəhid ailələri və müharibə əlillərinə) evlə təmin olunurlar.
Rayon icra hakimiyyətinə vətəndaşlara fərdi ev tikmək üçün vəsait ayrılmır. Lakin Türkan Əliyeva verilən izahatdan razı qalmamış, “Başçı sahibkarlara göstəriş versin mənə ev tiksinlər” deyə tələb etmişdir. Rayon icra hakimiyyəti başçısının birinci müavini tərəfindən ona izahat verilsə də, bu, onu qane etməmiş, tələbində israrlı olduğunu bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı ilə vətəndaş arasında telefon əlaqəsi yaradılmış, tələbinin yerinə yetirilməsi icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.
Məlumat üçün bildiririk ki, 2019-cu ildə də Türkan Əliyeva ailələrinə ünvanlı sosial yardım təyin edilməsi, həyat yoldaşının işlə təmin olunması ilə bağlı rayon icra hakimiyyətinə müraciət etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkan Əliyevannın ailəsinə aztəminatlı ailə kimi 323,80 manat ünvanlı sosial yardım təyin olunmuş, həyat yoldaşı Əliyev Yaməddin Möhübbət oğlu isə rayon Məşğulluq mərkəzi tərəfindən növbədənkənar 03 may 2019-cu il tarixdə “DOST” İş Mərkəzində işlə təmin olunmuşdur.
Tərtər Rayon İcra Hakimiyyət
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm