Şamaxı müəllimləri Mikayıl Cabbarova müraciət edir
27-05-2013, 13:50
Oxunub: 7 310
Bolgexeber.com-un redaksiyasına Şamaxı şəhər 2 saylı tam orta məktəbin
müəllimləri tərəfindən Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanmış, surəti Azərbaycan Respublikası Prezident Administrasiyana və Şamaxı rayon icra başçısı Asif Ağayevə göndərilmiş şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:“Şamaxı şəhər 2 saylı tam orta məktəbin
müəllimləri tərəfindən
Ərizə
Çox hörmətli Mikayıl müəllim.Bizim məktəbin direktoru İslam Baxşıyev nəinki bizim məktəbə, eləcə də rayonumuzun təhsilinə bir ləkədir. Bu insan haqqında lazımi orqanlara çoxsaylı şikayətlər yazsaq da heç bir nəticəsi olmayıb.İslam Baxşıyev uzun müddətdir bu məktəbə rəhbərlik edir. Hələ 1984-ci ildə təhsil şöbəsinin müdirinin əmri ilə müəllim adına yaraşmayan hərəkətlər etdiyinə görə, məişət pozğunluğu ilə məşğul olaraq özünü kollektiv və ictimaiyyət qarşısında gözdən saldığına görə tutduğu vəzifədən azad edilmişdir. Bir neçə aydan sonra isə məktəb və rayon müəllimliyindən əmək məcəlləsinin müvafiq maddəsi ilə tamamilə azad edilərək məişət pozğunluğu etdiyi üçün həbs edilmişdir.Həbsdən çıxdıqdan sonra naməlum səbəblərdən yenidən işinə qayıdan bu şəxs xeyli müddət yenə direktor işləmişdir.Eləcədə bu şəxsin hər iki oğlu narkomandır.Öz doğma övladlarına tərbiyə verə bilməyən bir şəxs,böyük bir təhsil müəssisəsinə necə rəhbərlik edə bilərmi? 24 sentyabr 2012-ci il tarixdə çox saylı şikayətlərdən sonra təhsil naziri Misir Mərdanovun əmri ilə rəhbərlik və nəzarətdə, kadrların seçilib yerləşdirilməsində, dərs bölgüsünün, sənədləşmə işlərinin aparılmasında və s. ciddi nöqsanlara yol verdiyi üçün, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövrlərdə bu şəxs məktəbdə müəllimləri və şagirdləri təhqir edir eləcədə çox kobud və etikadan kənar davranır, ziyalı və müəllimə yaraşmayan hərəkətlərə yol verirdi. Bundan başqada digər çox ciddi nöqsanlarda yol vermişdir.Hər ay müəllimlərdən məcburi aylıq pulunu isə məcburi tələb edirdi. Müəllimləri qanunsuz məzuniyyətə çıxartmaq, dərsləri müəllimlərin adına yazaraq pulunu götürmək, müəllimlərdən hər ay pul tələb etmək kimi qeyri-qanuni hərəkətlərə yol vermişdir. Eləcədə bu şəxs təhsil şöbəsinin qərarlarını və tapşırıqlarını saymır, oranın işçilərini təhqir edərək ziyalıya yaraşmayan fikirlər səsləndirir. Ən acınacaqlısı isə onda olduki, 2-3 ay keçdikdən sonra yenidən İslam Baxşıyevi qaytarıb həmin məktəbə direktor təyin etdilər. Halbuki bu şəxs həmin maddəni üzərindən yalnız məhkəmə yolu ilə götürəndən sonra işinə bərpa oluna bilərdi, amma heç bir məhkəmə qərarı olmayıb. Həmin ərəfədə bu şəxs qeydiyyat orqanlarının köməyi ilə pensiya yaşı çatdığı üçün öz yaşını kiçildərək daha bir cinayətə əl atmış oldu.Hamıya aydındır ki,dövlət orqanlarında yaş həddi 65-dir. Amma onun 65 yaşının olması işinə qayıtmağına əngəl yaratdığı üçün o daha bir cinayətə əl ataraq öz yaşını 1 yaş kiçildərək 64 etmişdir. O,1948-ci ilin noyabr ayında anadan olmasına baxmayaraq,təvəllüdünü dəyişdirərək 1949-cu il yanvar ayı etmişdir.İndi bu araşdırılmalıdır ki,Şamaxı rayon qeydiyyat şöbəsi bunu necə və nəyə əsasən edib,onun yaşını necə kiçildib? Onun işə qayıtmağını əsasən Şamaxının deputatı Elxan Süleymanov sabiq nazir Misir Mərdanovdan və sabiq icra başçısı Asif Məmmədovdan xahiş edərək düzəltdirdi.Aydın məsələdir ki,bu işə görə İslam Baxşıyev icra başçısına və təhsil nazirinə külli miqdarda pulda verdi. Nazir özü əmr verib işdən çıxartdığı insanı yenidən bir müddət sonra əmr verib işinə qaytardı. Biz müəllimlər hal-hazırda belə bir insanın bizə rəhbərlik etməsini özümüzə təhqir hesab edirik. Axı məişət pozğunluğuna görə həbsdə yatan şəxs necə orta məktəbə rəhbərlik edə bilərki? Bəyəm Şamaxıda bu işi bacaran şəxslər yoxdur? Əlbətdəki savadlı, cavan, iş bacaran şəxslər rayonda çoxdur.Görünür bu şəxsin arxasında kimlərsə dayanıb ki,64 yaşı olmasına baxmayaraq yenidən öz işinə bərpa olunur.Nə üçün icra başçısı maddə və nöqsanla işdən çıxan bu şəxsin işə bərpa olunub və işdə saxlanılmasında maraqlıdır? Cənab nazir,bu şəxs direktor işləməyə layiq insan deyil.Hal-hazırda ilin sonu olduğu üçün son zəng və digər tədbirlərdən istifadə edərək kütləvi pul yığımı ilə məşğuldur.Biz məktəbimizin yüzə yaxın kollektivi adından sizdən artıq dərəcədə xahiş edirik ki,bizləri bu bəladan qutarasınız.Bizim sizə çox böyük ümidimiz var.Bu şəxsin bizə təzyiq etməsindən qorxduğumuz üçün isə imzalarımızı qeyd etmirik.Neçə dəfələrlə İslam Baxşıyevdən şikayət məktubu yazsaqda icra başçısının müavini Əşrəf Şükürov bizdən məcburi izahat alıb ki, guya biz yazmamışıq.Əvvəlcədən təşəkkür edirik.Sizlərdən bu yazını öz saytınızda ictimailəşdirilməsini xahiş edirik”.
Qrşı tərəfin də mövqeyini dinləməyə haırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər