BolgeXeber.Com » Bölgə » Lənkəran , Masallı və Cəlilabadda da xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət davam etdirilir

Lənkəran , Masallı və Cəlilabadda da xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət davam etdirilir

4-07-2020, 11:30
Oxunub: 4 161 Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran , Masallı və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Bolgexeber.com bildirir ki, Polis əməkdaşları mütəmadi olaraq  ərazilərdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə əhaliyə səslənərək karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.
Sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Polis əməkdaşları eyni zamanda fəaliyyətinə qadağa tətbiq olunmuş obyeklərə də nəzarəti tam gücü ilə davam etdirir. Bu günə kimi  karantin rejimi qaydalarını pozan obyektlər barəsində inzibati protokollar tərtib edilib və bağlanması təmin edilib.
Rayon mərkəzləri ilə yanaşı ətraf ərazilərdə də karantin qaydalarına tam nəzarət etmək və koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin daha kəsərli alınması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb.
Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur və xəbərdarlığa əməl etməyən vətəndaşlar barəsində protokol tərtib edilərək cərimə tətbiq olunur.