BolgeXeber.Com » Bölgə » Yardımlıda koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlər davam etdirilir
Yardımlıda koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlər davam etdirilir
6-07-2020, 18:20
Oxunub: 6 913
Yardımlıda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.Yardımlı Rayon İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları rayonun müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar. Tərkibində Yardımlı Rayon Polis İdarəsinin əməkdaşlarının da olduğu 33 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə isə ehtiyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə edilib.Bununla yanaşı, mobil qrupların üzvləri tərəfindən sakinlərə üzərində COVİD-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər paylanılıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər