BolgeXeber.Com » Bölgə » Elçin Behbudov: «Zaqataladakı vəhhabiləri Suriyadan da maliyyələşdirirlər»
Elçin Behbudov: «Zaqataladakı vəhhabiləri Suriyadan da maliyyələşdirirlər»
28-05-2013, 12:15
Oxunub: 5 087
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.
Bu barədə məlumat verən E.Behbudov bildirib ki, monitorinq zamanı işgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən olmayıb: “Lakin Balakən rayonunda bəzi problemlər aşkar olunub. Bununla bağlı mən daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm. Bundan başqa, Zaqatalada olarkən sadə vətəndaşlar arasında sorğu keçirdik. Məlum oldu ki, Zaqatalada vəhhabilərin sayı getdikcə artır. Onlar hər an təhlükədirlər. Eyni zamanda həmin rayondan 3-4 nəfər Suriyada müxalif qüvvələrin tərkibində vuruşmaq üçün oraya gedib. Araşdırmalar nəticəsində məlum oldu ki, Zaqatalada vəhhabiləri Suriyadan da maliyyələşdirirlər”.
E.Behbudov Daxili Qoşunların Şəkidə şəhərində yerləşən “N” saylı taborunda da monitorinq keçirdiyini bildirib: “Orada əsgərlər arasında son illər ölüm halları baş verməyib, vərəmə yoluxan əsgər olmayıb. Hər şey qaydasındadır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər