Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - Foto
11-07-2020, 13:55
Oxunub: 3 328
Xaçmazda xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən B.Qasımov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bolgexeber.com-a verilən məlumata görə, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi "Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd edib, postlardan sərnişinləri keçirtmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd edib.
Faktla bağlı toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən B.Qasımov inzibati qaydada həbs edilib.
Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər