BolgeXeber.Com » Bölgə » İcra başçısının odun biznesi

İcra başçısının odun biznesi

29-05-2013, 07:50
Oxunub: 5 393 Məsələnin maraqlı tərəfi “Babək-Ə" MMC-nin bu qədər odunu haradan əldə etməsidir. Bildiyimiz kimi, ölkə ərazisindəki bütün meşələr dövlətə məxsusdur, onların qorunması, bərpası və genişləndirilməsi, zərərvericilərə qarşı dərman pereperatılarının alınması və istifadəsi, eləcə də ştatlı işçilərin aylıq əmək haqlarının ödənilməsi və s. büdcə vəsaiti hesabına başa gəlir. Eyni zamanda, dövlət idarəetmə orqanları da büdcə hesabına saxlanılır. Meşə fondundakı qurumuş ağacları qırıb, onu yanacaq materialı kimi satmağı elə Meşələrin Mühafizəsi və Bərpası İdarəsi də təşkil edə bilər, lazım gələrsə bundan ötrü ya həmin təşkilat, ya da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquqi şəxs təsis edə bilər. Amma dövlət fondundakı materialın büdcə təşkilatlarına satılmasını hansısa özəl təşkilata həvalə edilməsi təəccüb doğurur.

Sovet dönəmində Rusiyadan hər il 1,2-1,5 milyon kub metr odun, 200-250 min ton daş kömürün gətirilməsi, respublikamızın yanacaq təlabatını tam ödəyirdi.

Bu materialların idxalının dayanması, öz növbəsində meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olub. Respublikamızın kənd rayonlarının qaz və digər yanacaq növləri ilə təmin olunmasında yaranmış çətinliklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıxarmışdır. Lakn odunacaq məqsədilə daha çox orta yaşlı ağaclar qırılır ki, onlar meşə fondunun 63,3%-ini təşkil edir. Xüsusilə əksər hissəsi yüksək maillikli dağ yamaclarında yerləşən meşələrdə ağacların kütləvi qırılması, həmin sahələrdə eroziya, sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması risqini artırır. pia.az