BolgeXeber.Com » Bölgə » Tahir Rzayev kimə güvənir?

Tahir Rzayev kimə güvənir?

29-05-2013, 10:20
Oxunub: 6 113 Saatlının icra başçısını saya saymayan Suvarma Sistemləri İdarəsinin müdiri Əjdər adlı şöbə müdirinə bel bağlayır
Bir müddət əvvəl xəbər vermişdik ki, Saatlı Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Rzayev rayonda özbaşınalıqla məşğuldur. Hətta onun icra başçısı Siraqəddin Cabbarovu belə saymadığı açıq aşkar məlum olmuşdu.
Bolgexeber.com saytının əldə etdiyi məlumata görə, Tahir Rzayevin bu qədər arxayın və əmin şəkildə hərəkət etməsi güvəndiyi adamla bağlıdır. Məlumatda deyilir ki, Rzayevi bu posta Su və Melorasiya ASC-nin şöbə müdiri olan Əjdər adlı şəxs gətirib. Əjdər də Rzayevlə çox yaxın dost olmaqla yanaşı, həm də bəzi işlərdə şərikli şəkildə hərəkət edir. Elə bu səbəbdəndir ki, Saatlıda əldə olunan gəlirləri öz aralarında bölüşən bu iki şəxs mütəmadi olaraq bir -birlərini müdafiə edirlər.