BolgeXeber.Com » Bölgə » Eldar Əzizov indi də əlil qadınların obyektini sökür

Eldar Əzizov indi də əlil qadınların obyektini sökür

31-05-2013, 12:00
Oxunub: 5 651 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yerli qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərlərini qəbul etmir. İcra başçısı sadəcə dövlət qurumları ilə işləyəcəyini bildirib. Bu barədə Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova məlumat verdi.
Sumqayıtda QHT-lərə olan laqeyd münasibətdən narazı olan S.Kərimovanın sözlərinə görə, heç bir ictimai təşkilatın rəhbəri Eldar Əzizovun qəbuluna düşə bilmir: “Təşkilatımızın Nəsimi adına Mədəniyyət və İstirahət Parkında 4800 kvadratmet torpaq sahəsi var. Bu sahə icra hakimiyyətinin 257 nömrəli sərəncamı ilə Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinə verilib. Biz də təşkilat olaraq burada obyekt tikib icarəyə verdik. İcarədən gələn pulla təşkilatı dəfdərxana ləvazimatı ilə təmin edirdik, eləcə də şöbənin rəhbər şəxlərinə qonorar verirdik. Eləcə də, bayramlarda əlillərimizin evlərinə bayram sovqatı aparırdıq. Pula, dərmana ehtiyacı olan şəxslərin bu ehtiyaclarını daxili imkanımız hesabına ödəyirdik. Daxili imkanımız bu icarə haqqından formalaşırdı”.

Səbinə Kərimova deyir ki, bu ilin yanvar ayında Sumqayıtda abadlıq-yenidənqurma zamanı təşkilata məxsus obyekt sökülüb: “Nəticədə yanvar ayından qalmışıq maliyyəsiz. Müvafiq qurumlara müraciət edərək obyektimizin yenidən tikilməsi üçün icazə istədik. Ancaq müraciətimizə müsbət cavab ala bilmirik. İmkanlı adamlara yenidən obyekt tikməsi üçün icazə verilir. Ancaq əlillərə, şəhid ailələrinə məxsus obyektlərin tikilməsi məsələsi ortaya gələndə müvafiq dövlət qurumlarından deyirlər ki, layihə olmalıdır. O nə layihədirsə, onu bizə vermirlər. Elə vaxt uzatmaqla məşğuldurlar”. bizimyol